Azərbaycanda İKT-nin
inkişafı sahəsində böyük
uğurlar qazanılır
Ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Böyük uzaqgörənliklə aparılan iqtisadi islahatların nəticəsidir ki, qeyri-neft sektoru tərəqqi yoluna çıxmış, iqtisadiyyatın enerji amilindən asılılığı azalmışdır. İnfrastruktur layihələr, sosial məsələlər uğurlu həllini tapmış, ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin edilmişdir. Strateji valyuta ehtiyatlarımızın artması sosial problemlərin həlli üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə əlverişli şərait yaratmışdır.
Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafına da müsbət təsir göstərmişdir. MDB məkanında daha çox ölkəmizdə İKT-nin inkişafı ilə bağlı mühüm addımlar atılmışdır. MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmışdır. Artıq ölkəmizin istənilən yaşayış məntəqəsində yüksək sürətli, eləcə də genişzolaqlı internetə çıxış imkanı əldə olunmuşdur.
Elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanmaqla müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdən birinə çevrilmişdir. Ulu öndərin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir.
Prezident İlham Əliyev respublikamızda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Bu baxımdan ölkədə İKT-nin sürətli inkişafı ilə bağlı mühüm fərman və sərəncamların imzalanması təqdirəlayiqdir. Dövlət başçısının 2005-ci il 22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", eləcə də "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" 2007-ci il 6 mart tarixli fərmanı ölkədə İKT sektorunun inkişafına mühüm şərait yaratmışdır. 2008-ci il 11 avqust tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Respublikada rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramının qəbul edilməsində əsas məqsəd ölkənin informasiya cəmiyyətinə keçidinin, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir.
Bu günlərdə Bakının Binəqədi qəsəbəsində
ictimaiyyət nümayəndələri ilə
görüşən Prezident İlham Əliyev ölkəmizdə İKT-nin inkişafı ilə bağlı mühüm işlər görüldüyünü
önə çəkərək demişdir:
"Bu gün İKT
sahəsində görülən işlər ölkələrin
gələcəyini müəyyən edəcəkdir. Kim ki, o
sahədə bilikli və bacarıqlı olacaqsa, o ölkənin dünyada mövqeyi daha da güclü
olacaqdır. Təbii sərvətlər gec-tez
tükənir. Bizim üstünlüyümüz
ondadır ki, bu,
vardır və biz o imkanlardan səmərəli istifadə edirik. Ancaq eyni zamanda, bu
kapitalı "insan kapitalına" investisiya
kimi qoyuruq".
Ölkəmizdə telekommunikasiya sahəsində
əldə olunan nailiyyətlər yeni texnologiyaların tətbiqinə
əlverişli şərait
yaratmışdır. Əhaliyə internet xidmətlərinin göstərilməsində
ciddi uğurlar qazanılmışdır. Azərbaycanda internet istifadəçilərinin sayı
ildən-ilə artır.
Sürətli internet istifadəçilərinin
sayı təxminən
30 faiz təşkil edir. Ümumdünya İqtisadi Forumu
Azərbaycanda internet istifadəçilərinin
sayının 2013-cü ilin
sonuna qədər 50 faizə qədər artacağı barədə
proqnoz vermişdir.
Mobil telefon şəbəkəsində
yeni fəaliyyət xidmətlərinin göstərilməsi
istiqamətində ciddi
işlər aparılmışdır. Artıq ölkəmizdə
hər 100 nəfərə
təxminən 105 mobil
telefon düşür
ki, bu da
inkişaf etmiş ölkələr səviyyəsində
dəyərləndirilir. Mobil telefon xidmətlərində
qiymətlərin aşağı
salınması yönümündə
kompleks tədbirlər
həyata keçirilir
ki, bu da
əhalinin mobil telefon şəbəkələrindən
geniş istifadəsinə
əlverişli zəmin
yaradır.
Respublikada kosmik proqram üzrə işlər də uğurla davam etdirilir. Belə ki,
2012-ci ilin IV rübündə
ilk telekommunikasiya peykinin
orbitə çıxarılması
nəzərdə tutulmuşdur.
Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi digər təşkilatlarla birlikdə
ikinci telekommunikasiya peykinin hazırlanması, yer səthinin monitorinqi və öyrənilməsi üçün
alçaqorbitli izləyici
peyklərin yaradılması
istiqamətində araşdırma
işlərini həyata
keçirir.
Azərbaycanda
XXI əsrin tələblərinə cavab verən müasir
informasiya infrastrukturunun, habelə iqtisadiyyatda mühüm yer
tutan informasiya və kommunikasiya məhsulları sektorunun
yaradılması işində ciddi nailiyyətlərin əldə
olunması onu deməyə əsas verir ki, ölkəmiz
iqtisadi cəhətdən qüdrətli dövlətdir. Dövlət
başçısı İlham
Əliyevin bu sahədə həyata keçirdiyi siyasət informasiya
kommunikasiya texnologiyalarının müasir tələblər səviyyəsində
inkişafına hərtərəfli imkan
yaradır.
Azərbaycan.-2011.-2 oktyabr.-S.1.