Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya işgüzar səfəri
Prezident İlham Əliyev
Varşavada Avropa İttifaqının «Şərq tərəfdaşlığı»
sammitində iştirak etmişdir
Sentyabrın 30-da Polşanın paytaxtı
Varşavada Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
sammiti keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sammitdə
iştirak etmişdir.
Sammitin
iştirakçıları birgə foto çəkdirdilər.
Avropa
İttifaqı ölkələrinin, eləcə də
"Şərq tərəfdaşlığı"
proqramına üzv olan ölkələrin dövlət və
hökumət başçılarının iştirak etdiyi
sammiti hazırda təşkilata sədrlik edən
Polşanın Baş naziri Donald Tusk giriş sözü ilə
açaraq qonaqları salamladı, "Şərq tərəfdaşlığı"
proqramının əhəmiyyəti haqqında
danışdı.
Bildirildi
ki, sammitin keçirilməsində əsas məqsəd
"Şərq tərəfdaşlığı" ölkələrinin
Avropaya inteqrasiyasının sürətləndirilməsi və
qarşılıqlı əlaqələrin daha da inkişaf
etdirilməsidir.
Bir
çox vacib ikitərəfli görüşlərin
keçirilməsi baxımından da əhəmiyyətli olan
sammitdə əməkdaşlığın siyasi və
iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə
institutları ilə əməkdaşlıq, viza rejimi və
digər məsələlər ətrafında müzakirələr
aparıldı.
Sonra
Avropa İttifaqının "Şərq tərəfdaşlığı"
sammitində birgə bəyannamə qəbul edildi.
İki ildən bir təşkil edilən "Şərq tərəfdaşlığı" sammiti ilk dəfə 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilmişdir. "Şərq tərəfdaşlığı" Proqramı da məhz həmin sammitdə qəbul edilmişdir.
"Şərq tərəfdaşlığı" təşəbbüsü 2008-ci il mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülmüşdür.
AzərTAc
Azərbaycan.- 2011.- 1 oktyabr.- S. 1.