GUAM çərçivəsində
Avropaya inteqrasiya perspektivləri
haqqında bəyanat imzalanmışdır
GUAM üzvü olan ölkələrin Xarici
İşlər Nazirləri Şurasının (XİNŞ)
iclası başa çatandan
sonra əməkdaşlıq və Avropaya inteqrasiya perspektivləri
haqqında Varşava Bəyanatı imzalanmışdır.
AzərTAc xəbər
verir ki, GUAM XİNŞ-in XV iclası Polşa
paytaxtında "Şərq tərəfdaşlığı"
sammiti çərçivəsində keçirilmişdir. Görüşdə
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov,
Gürcüstan xarici
işlər nazirinin müavini
Tornike Qordadze, Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya
inteqrasiya naziri Yuriye Lyanke, Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko və
GUAM-ın baş katibi
Valeri Çeçelaşvili
iştirak etmişlər.
İclasda GUAM çərçivəsində
sahəvi və regional əməkdaşlığın
daha da dərinləşdirilməsi
məsələləri müzakirə olunmuş,
ölkələr arasında ticarət dövriyyəsinin
artması meyilləri qeyd edilmiş,
bu təşkilat çərçivəsində
qarşılıqlı əlaqələrin prioritet
məsələləri və Avropa İttifaqı ilə əməkdaşlığın
perspektivləri müzakirə olunmuşdur.
İclas başa çatandan sonra sahəvi
əməkdaşlığın fəallaşdırılmasına
dair tədbirlər planı da təsdiq edilmişdir.
Azərbaycan.-2011.-2
oktyabr.-S.5.