MSK-nın nəzdində ekspert qrupu və Nəzarət-təftiş xidməti
yaradılmışdır
Oktyabrın 1-də
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.
MSK-nın mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
iclasda əvvəlcə komissiyanın
2011-ci il 19 sentyabr tarixli iclasın protokolu təsdiq
edilmişdir.
Sonra MSK-nın katibi Arifə Muxtarova vətəndaşların seçki hüquqlarını pozan
hərəkətlərdən və qərarlardan şikayətlərin
araşdırılması məqsədilə komissiyanın nəzdində
ekspert qrupunun
yaradılması barədə iştirakçılara məlumat
vermişdir. İclasda
cari il noyabrın 30-na
təyin
edilmiş bəzi bələdiyyələrə
təkrar, əlavə və yeni
seçkilər dövründə komissiyanın nəzdində
fəaliyyət göstərəcək 9 nəfərdən
ibarət ekspert qrupunun
yaradılması haqqında qərar qəbul edilmişdir.
MSK, həmçinin qərara almışdır ki, dairə seçki
komissiyalarının nəzdində qısa müddət ərzində
müvafiq tələblərə cavab verən ekspert
qruplarının yaradılması həmin seçki
komissiyalarına həvalə edilsin.
İclasda MSK nəzdində Nəzarət-təftiş
xidmətinin yaradılmasına dair qərar
da qəbul edilmişdir.
Qərara əsasən MSK-nın üç
üzvü, Komissiya Katibliyinin Maliyyə şöbəsinin müdiri, Maliyyə və Vergilər nazirliklərinin,
Hesablama Palatasının və Milli Bankın nümayəndələrindən
ibarət Nəzarət-təftiş xidməti
yaradılmışdır. MSK -nın üzvü
Ramiz İbrahimov bu xidmətin rəhbəri təyin edilmişdir.
İclasda cari məsələlərə
də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri
və kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.-2011.-2
oktyabr.-S.5.