Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasında Nəzarət-təftiş
xidmətinin yaradılması barədə Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar N 10/35
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 97-ci maddəsinə
və "Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş
xidməti haqqında Əsasnamə"yə uyğun olaraq
seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı
üzrə istifadəsinə, seçki fondları vəsaitinin
düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin
daxil olma mənbələrinə nəzarəti təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasında komissiya üzvlərindən, Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası
Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Hesablama
Palatasının, Azərbaycan Respublikası Mərkəzi
Bankının və s. orqanların mütəxəssislərindən
ibarət tərkibdə Nəzarət-təftiş xidməti
yaradılmalıdır.
Nəzarət-təftiş xidmətinin
rəhbəri xidmətin tərkibinə daxil edilmiş Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvləri sırasından təyin edilməlidir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası yuxarıda qeyd edilənləri
əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14,
28.2, 28.4, 97-ci maddələrinə
və "Mərkəzi Seçki
Komissiyası yanında Nəzarət-təftiş xidməti
haqqında Əsasnamə"nin 1.2-ci bəndinə əsasən qərara
alır:
1. Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasında aşağıdakı tərkibdə Nəzarət-təftiş
xidməti yaradılsın:
Ramiz İbrahimov -
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü;
Tofiq Həsənov - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü;
Tamam Cəfərova - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü;
Rasim Qasımov - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası Katibliyi
Maliyyə şöbəsinin müdiri;
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin
nümayəndəsi;
Azərbaycan
Respublikası Vergilər Nazirliyinin
nümayəndəsi;
Azərbaycan Respublikası
Hesablama Palatasının
nümayəndəsi;
Azərbaycan Respublikası Mərkəzi
Bankının nümayəndəsi.
2. Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
üzvü Ramiz İbrahimov Nəzarət-təftiş xidmətinin
rəhbəri təyin
edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2011.-2
oktyabr.-S.5.