Azərbaycan Respublikasında bəzi
bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan şikayətlərin
araşdırılması məqsədilə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar N 10/34
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının 29 sentyabr 2011-ci il tarixli Qərarı ilə
Azərbaycan Respublikasında bəzi bələdiyyələrə
təkrar, əlavə və yeni
seçkilər 30 noyabr 2011-ci ilə təyin
edilmişdir. Seçki qanunvericiliyinin
tələblərinə müvafiq olaraq seçkilər prosesində vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə qanunvericilikdə
nəzərdə tutulmuş müddətdə
və qaydada seçki komissiyalarının nəzdində ekspert
qrupları yaradılmalıdır.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
112-1.1-ci maddəsinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki
komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 5.1-ci bəndinə
uyğun olaraq vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə, səsvermə
gününə azı altmış gün
qalmış, hər seçki (referendum) dövründə
fəaliyyət göstərən, tərkibinə müvafiq seçki
komissiyasının hüquqşünas
üzvləri, o cümlədən peşəkarlıq,
dəqiq faktiki və hüquqi
təhlillər aparmaq bacarığı, seçki sahəsində iş
təcrübəsi, fəaliyyətinin qərəzsizliyi barədə
ictimai inamın
yüksək olması kimi meyarlara
cavab verən seçki
komissiyalarının digər üzvləri və katiblik əməkdaşları daxil edilməklə Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
nəzdində 9 nəfərdən, dairə seçki
komissiyalarının nəzdində isə 3 nəfərdən
ibarət müvafiq ekspert
qrupları yaradılır.
Seçki hüququnun
pozulması ilə əlaqədar seçki
komissiyalarına daxil olmuş
şikayət və müraciətlərin
araşdırılmasının obyektivliyini
və səmərəliliyini artırmaq məqsədilə
yuxarıda göstərilən qayda müvafiq ekspert
qruplarının yaradılması zəruridir. Ona görə də Mərkəzi Seçki
Komissiyasının nəzdində bu qərarın
nəticə hissəsində göstərilmiş 9 nəfərdən
ibarət tərkibdə ekspert qrupu yaradılmalı, seçki
keçiriləcək dairə seçki
komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə
tutulmuş müddətdən gec olmayaraq müvafiq
tələblərə cavab verən 3 nəfərdən
ibarət tərkibdə ekspert
qruplarının yaradılması isə həmin seçki komissiyalarına həvalə edilməlidir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası yuxarıda qeyd edilənləri
əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 112-1.1-ci maddələrinə və yuxarıda göstərilən Təlimatın
5.1-ci bəndinə əsasən qərara alır:
1. Vətəndaşların seçki
hüququnu pozan hərəkətlərdən
(hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin
araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının nəzdində
2011-ci il noyabrın 30-na təyin edilmiş Azərbaycan Respublikasında bəzi
bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsi
dövründə fəaliyyət göstərəcək 9 nəfərdən
ibarət aşağıdakı tərkibdə ekspert qrupu
yaradılsın:
Ramiz İbrahimov - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının üzvü
Qabil Orucov - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
Validə
Kazımova - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
Tofiq Həsənov - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
Bəxşeyiş
Əsgərov - Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvü
İradə
Hacıyeva - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyası Katibliyi Hüquq
şöbəsinin müdiri
Rafiq Abbasov - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası Katibliyi Hüquq
şöbəsinin baş məsləhətçisi
Emin Quliyev - Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası Katibliyi Hüquq şöbəsinin baş
məsləhətçisi
Bəhlul Yaqubov - Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyası Katibliyi Hüquq şöbəsinin böyük
məsləhətçisi
2. Seçki keçiriləcək dairə
seçki komissiyalarının nəzdində qanunvericiliklə
nəzərdə tutulmuş müddətdən gec olmayaraq
müvafiq tələblərə cavab verən 3 nəfərdən
ibarət tərkibdə ekspert qruplarının
yaradılması həmin seçki komissiyalarına həvalə
edilsin.
3. Qərar 24 saat müddətində dərc
edilsin.
4. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
01.10.11
Azərbaycan.-2011.-2
oktyabr.-S.5.