Əməkdaşlığın yeni uğurları
Hər bir
xalqın tarixi ilk
növbədə onun maddi-mədəniyyət
abidələrində yaşayır. Ona
görə də bütün hallarda həmin daş
yaddaşların qorunub saxlanması və
gələcək nəsillərə
çatdırılması
mühüm məsələlərdəndir.
Zəngin təbii
sərvətlərə məxsus
Azərbaycan torpaqlarında da tarixin
yaşıdı, inkişafın göstəriciləri
sayılan maddi-mədəniyyət abidələri az deyil. Ən
maraqlısı odur ki,
ilk insan məskənlərindən
olan Azıx mağarası məhz Azərbaycan
ərazilərində aşkar edilmişdir. Qobustan qayalarından gələn səda isə,
təbii ki,
əcdadlarımızın daşlaşmış səsidir.
Xalqımızın
keçdiyi
tarixi yolda
sivilizasiyaların dəyişməsi
öz izini bir sıra abidələrdə
qoruyub saxlamaqdadır. Dünya təcrübəsində
abidələr eyni zamanda
turizmin inkişafına təsir göstərən
amillərdən hesab edilir.
Çünki hər hansı ölkəyə
səfər etmiş əcnəbi ilk
növbədə oradakı
maddi-mədəniyyət abidələri ilə
tanışlığa can atır. Bunun da əsas səbəbi
həmin xalqın tarixini,
yaşayış tərzini əks etdirən maddi-mədəniyyətinə
maraqdır. Hər bir ölkə də qədimliyini,
bəşər sivilizasiyasının
formalaşmasındakı rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün
mədəni irs nümunələrindən
faydalanır. Bununla da demək olar ki, turizm eyni zamanda hər hansı ölkənin maddi-mədəni
irsinin daha geniş məkanda tanıdılmasında mühüm vasitələrdən biridir.
Ərazisində
ən qədim dövrlərə təsadüf edən
yaşayış məskənlərinin, abidələrin olduğu Azərbaycan bütün
imkanlardan istifadə etməklə, turizmin inkişafında bu
amildən yetərincə istifadə edirmi,
görəsən, yaxud həmin maddi və mənəvi sərvətlər
beynəlxalq hüquq normaları əsasında qorunub saxlanırmı?
İlk növbədə qeyd
olunmalıdır ki, bütün
tarixi dövrlərdə maddi-mədəniyyət
abidələrimizin mühafizəsinə bugünkü
qədər diqqət yetirilməyib. Əvvəllər bunun qorunmamasının müxtəlif səbəblərindən
biri təcavüzkarların bu yerlərin təbii sərvətlərinə həris
münasibətləri idi. Ayrı-ayrı
dövrlərin ictimai-siyasi və iqtisadi
quruluşlarında abidələrə və digər təbii
sərvətlərə məkirli yanaşma
onları millilikdən və minilliklərdən
uzaqlaşdırmağa "xidmət" edib.
Təbii fəlakətlər də burada öz mənfi
təsirini az göstərməyib. Lakin elə maddi-mədəniyyət nümunələri
də var ki, onları
nə əsrlərin, nə də nəsillərin "soyuq baxışları" əlimizdən almaq iqtidarında olmayıb. Belə sərvətlərimizə
bir sıra xalq tətbiqi-sənət
nümunələrini misal göstərmək
olar.
Ümumiyyətlə,
dövlət müstəqilliyinin bərpasına qədər bir sıra
maddi-mədəniyyət abidələrimizin
qorunmasında göstərilən münasibət ürəkaçan
olmayıb. Ona görə də bədxah
qonşularımız bundan istifadə edərək,
bəzi yazılı abidələrimizi
saxtalaşdırmağa can atıblar.
Son dövrlər bəşəriyyətin daha çox diqqət yetirdiyi məsələlərdən biri də məhz maddi-mədəni irsin qorunması və saxlanmasıdr. Bu da təbii ki, səbəbsiz deyil. Ərazi
mübahisələrinin
yaratdığı münaqişələrin həllində
tarixin
yaşıdı olan maddi-mədəniyyət
abidələrinin rolu olduqca
böyükdür.
Əraziləri erməni təcavüzkarlarının
qurbanına çevrilmiş Azərbaycan da uzun illərdir ki, Ermənistan
tərəfindən zorla cəlb edilmiş
münaqişənin ağrılarını yaşayır. Türk dünyasına qarşı
çıxan daşnaklar nəinki
xalqımıza məxsus musiqini, hətta
çoxsaylı maddi-mədəniyyət abidələrimizi
özününküləşdirməyə
çalışıblar. Buna nail
olmadıqda, onları qəddarcasına
darmadağın etmişlər. Qafqaz
Albaniyası dövründən qalma
çoxsaylı abidələrimiz bu baxımdan
daha acınacaqlı hala
salınmış, az qala,
tamamilə məhvə məruz qalmışdır. Keçmiş sovetlər birliyi
dövründə maddi-mədəniyyət abidələrimizin
mühafizəsinə göstərilən laqeydlik
təsadüfi deyildi. Mərkəz
tərəfindən bəzi hallarda qəbul
olunan qərarlar məhz xalqımızın qədim tarixini
saxtalaşdırmışdır ki, bu da, əslində, "Böyük Ermənistan"ın
yaradılması istiqamətində aparılan çirkin
siyasətin görünməyən tərəflərindən
idi. 70 illik sovetlər
dövründə Ermənistanın memarlıq nümunələri
göstərilən kitablarda Qarabağ və Naxçıvan ərazilərindəki
qeyri-maddi mədəniyyət nümunələrimiz
xristian abidələri kimi
təqdim edilmişdir. Hansı ki, həmin abidələr İslamaqədərki
dövrün yadigarları, daha doğrusu, albanlara məxsus yazılı daş
kitabələrdir.
Dövlət
müstəqilliyinin bərpasından sonra
bir sıra sahələrdə olduğu kimi, maddi-mədəniyyət
nümunələrimizin qorunub
saxlanması və dünyaya öz adı və ünvanı ilə təqdim
olunması istiqamətində aparılan dövlət siyasəti
nəticəsini göstərməkdədir. Məhz uğurlu
siyasətin göstəricisidir ki, bir sıra maddi və mənəvi
sərvətlərimiz artıq YUNESKO-nun
Maddi-Mədəni İrs
siyahısına salınıb.
Mədəni
Dəyərlərin Mənsub Olduqları Ölkələrə
Qaytarılmasının Təşviqi və ya
Qanunsuz Mənimsəmə halında Geri Qaytarılması
üzrə YUNESKO-nun Hökumətlərarası
Komitəsinin 17-ci sessiyasında bir
daha bu məsələ
öz aktuallığı ilə diqqəti
cəlb edib. Belə ki, sessiyada Ermənistanın Azərbaycana
qarşı həyata keçirdiyi
işğalçılıq siyasətinin təkcə ərazi iddiaları ilə məhdudlaşmadığı,
işğal olunmuş
torpaqlarda yüz mindən
artıq dəyərli
eksponatın, zəngin mədəniyyət nümunələrinin
oğurlanması və dağıntılara məruz
qalması haqqında məlumatlar verilib. Həmçinin qeyri-qanuni arxeoloji qazıntıların aparılması
və aşkar edilmiş
obyektlərin mənimsənilməsi halları bir daha diqqətə çatdırılıb. Azərbaycan
tərəfi zəbt olunmuş ərazilərdə
mədəni irsin qorunması, konkret tövsiyələrin hazırlanması üçün YUNESKO-ya
müraciət edib.
Qeyri-maddi mədəni irsin
qorunması haqqında Konvensiyaya uyğun olaraq, qədim
dillər, xalq ənənələri,
müxtəlif ritual və ayinlər, sənətkarlıq,
eyni zamanda şifahi xalq
yaradıcılığı nümunələri bu irsə aid edilib. Həmin Konvensiya sənayeləşmə,
urbanizasiya, miqrasiya və
kütləvi turizmin təsiri ilə dünyada qeyri-maddi irs üçün yaranan təhlükələrə cavab tədbiri hesab olunur.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun
rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
2003-cü ilin oktyabrında Azərbaycan muğamları,
2009-cu ilin martında aşıq sənəti, Novruz
bayramı, 2010-cu ildə isə
Şərq toxuculuq sənətinin bir qolu olan
Azərbaycan xalçaları ÜUNESKO-nun
Mədəni-İrs siyahısına daxil edilib.
Paytaxt Bakının tarixini
özündə daha mükəmməl
şəkildə qoruyub saxlayan
İçərişəhər kompleksi,
Qobustan qoruğu da bu siyahıdadır.
Xalqın
milli varlığını özündə
yaşadan maddi-mənəvi, intellektual irsin qorunması
məqsədi ilə müxtəlif layihələr həyata
keçirən Heydər Əliyev Fondu 7 illik fəaliyyəti
dövründə xüsusən muğam,
aşıq, xalçaçılıq sənətlərinin
qorunması, inkişafı
və beynəlxalq miqyasda təbliği
istiqamətində üzərinə götürdüyü
missiyanı şərəflə daşıyır. Dənizkənarı
parkda Beynəlxalq Muğam
Mərkəzinin tikilməsi də həmin humanist
siyasətin nəticəsidir. Heydər Əliyev Fondunun xeyirxahlıq təşəbbüsləri,
əlbəttə, təkcə yuxarıda qeyd
etdiyimiz faktlar deyil. Mədəniyyət sahəsində həyata
keçirilmiş layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyinin inşasıdır.
Ötən
ilin oktyabrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və
Turizm Nazirliyinin, həmçinin
Aşıqlar Birliyinin təşkilatçılığı
ilə I Beynəlxalq Aşıq Festivalının
keçirilməsi nəinki milli mədəniyyətimizə
nümunəvi diqqət və
qayğıdır, eyni zamanda
Azərbaycan həqiqətlərinin bu yolla dünyaya təqdim
edilməsidir. Bu siyahıya üç il dalbadal Qəbələdə keçirilən Beynəlxalq Musiqi
Festivalını da əlavə etmək
yerinə düşərdi.
Mədəniyyət və incəsənətimizin
bəşəri dəyərlərə məxsus olması barədə
beynəlxalq miqyasda təbliğatı məsələsində
Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın
ardıcıl fəaliyyəti yeni-yeni uğurlara yol açır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2011.-2
oktyabr.-S.7.