«Sülh bizim missiyamızdır, axtarışlarımızdır»

 

2 oktyabr Beynəlxalq Qeyri-Zorakılıq Günüdür

 

 Bu fikirlər BMT Baş Assambleyasının 2007-ci il 15 iyun tarixli qərarında söylənilir. Orada insanlar sülhə, dözümlülüyə, anlayışa, zorakılıqdan imtina mədəniyyətini öyrənməyə və ona əməl etməyə təşviq olunur. Oktyabrın 2-si dünya şöhrətli hind filosofu, Hindistan azadlıq hərəkatının lideri Mahatma Qandinin anadan olduğu gündür. Bu hindli azadlıqsevər ölkəsini müstəmləkədə saxlayan Britaniyaya qarşı dinc mübarizə hərəkatına rəhbərlik etmiş, bununla da 1947-ci ildə Britaniya müstəmləkəçiliyinə son qoyulmuşdur. Elə həmin il M.Qandi hind millətçiləri tərəfindən qətlə yetirilmişdir.

BMT Baş katibinin bu tarixi günlə bağlı həmin çıxışında bir neçə məsələyə toxunulur, insanları zorakılığa qarşı mübarizəyə səslənir: "BMT bu gün zorakılığa son qoymaq istəyir. Dünyanı kütləvi qırğın silahlarından qorumaq üçün mübarizə aparırıq. Bizim "Biz tərksilah olmalıyıq" adlı kampaniyamız kütləvi qırğın silahlarına xərclənən külli miqdarda vasitələr haqqında məlumatın artırılması məqsədini güdür. Nüvə silahlarının azaldılmasının və qarşısının alınması məqsədi Təhlükəsizlik Şurasının sammitində müzakirə olunub".

Lakin bütün çağırışlara, müraciətlərə, aparılan sülhməramlı kampaniyalara baxmayaraq indiyədək deyilənlərin heç biri gerçəkləşməyib, dünyada zorakılıq baş alıb gedir. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, hər cür zorakılığın dayandırılması arzusu bütün zamanlarda bəşəriyyəti düşündürsə də, arzusuna çatmayıb. Çünki hər zaman mübarizə bəşəri qaydada deyil, birtərəfli aparılıb, ikili standartlarla. Necə deyərlər, tərəzinin gözü həmişə əyri olub.      

Dünyanın ən sülhsevər, tolerant ölkəsi olan, heç bir xalqın torpağında, varına-dövlətinə göz dikməyən, qəsbkarlıq duyğusu ilə yaşamayan Azərbaycan 20 ildən çoxdur ki, dünyanın gözü qarşısında erməni qəsbkarlarının görünməmiş zorakılıqlarına məruz qalıb. Torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox dinc insan ev-eşiyindən, bərəkətli torpağından didərgin düşüb. Buna baxmayaraq Azərbaycan qan tökülməsinin tərəfdarı deyil, münaqişənin sülh yolu ilə həllini bəyan edibbuna çalışıb.

Terrorçuluq Ermənistan adlanan ölkənin strategiyası, taktikası, ideologiyasıdır. Bu fikirlər nüfuzlu beynəlxalq kürsülərdə dəfələrlə səslənib. Təəssüf ki, dünya ictimaiyyəti bu xalqın insanlığa qarşı törətdikləri terrorun qarşısını almaq haqqında düşünmür.

Sözdə bütün ölkələr beynəlxalq qurumlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf edir torpaqların işğaldan azad olunmasını istəyir. Lakin deyilənləri həyata keçirməyə gələndə hamı susur. Bu barədə rəsmi Bakı BMT-, AŞ PA-ya, ATƏT-ə, ABŞ Konqresinə, BMT-, Beynəlxalq Cinayət Məhkəməsinə, Helsinkidə Avropada Təhlükəsizlik Əməkdaşlıq Müşavirəsinə digər beynəlxalq təşkilatlara müraciət etsə , zorakılığa qarşı mübarizə kursu tutduğunu iddia edən dünya, nüfuzlu qurumlar bir dəfə olsun, bu müraciətlərə ciddi münasibət bildirməyiblər.

Bir neçə gün öncə BMT Baş Assambleyası "Dağlıq Qarabağ Azərbaycan ərazisidir" deyə yenidən bəyanat verdi. Yayılan press-relizdə bildirilir ki, Azərbaycanın bir parçası olan Dağlıq Qarabağ erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ermənistan rəhbərliyinin yeni nəsli müharibəyə təhrik etdiyi ermənilərin etnik təmizləmə apardığı da bəyanatda yer alıb.

BMT TŞ-nin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini təsdiqləyən azad olunmasını tələb edən 4 qətnaməsi var ki, bunlar 1993-cü ildə qəbul edilib. Lakin bu qətnamələr elə kağız üzərində qalıb. Qəbul edilən qətnamələrin həyata keçirilməsi üçün qətiyyət göstərilmədiyindən münaqişə həll olunmayıb, Azərbaycanın 20 faiz torpaqları hələ işğal altındadır. Göründüyü kimi, beynəlxalq hüquq normaları elə beynəlxalq hüquqçular tərəfindən pozulur.

Baş katib Pan Gi Mun qadınlara qızlara qarşı törədilən zorakılığın da yolverilməz olduğunu ifadə edir: "Qadınlara qızlara qarşı törədilən qorxunc zorakılıq da bizim diqqət mərkəzimizdədir. Hər il təxminən 150 milyon qadın zorakılığın qurbanına çevrilir. Mən bütün müttəfiqləri qadınlara qarşı zorakılığa son qoymaq məqsədilə mübarizəyə çağırıram". Azərbaycan torpaqları işğala məruz qaldığı gündən, insanları, xüsusən , qadınları, qızları, körpə uşaqları  amansız zorakılıqlara məruz qalıb. 1992-ci il Xocalı soyqırımı törədilərkən erməni hərbi birləşmələri tərəfindən əsir götürülən azərbaycanlı qadınlar min bir işgəncə müsibətlərlə qətlə yetirilib, körpələri gözlərinin qarşısında diri-diri yandırılıb, hamilə qadınlar daha ağılasığmaz faciə ilə öldürülüb. Münaqişə zamanı girov götürülən yüzlərlə qadın uşaqlardan hələ xəbər yoxdur. Zorakılıq işgəncə o həddə çatıb ki, Azərbaycanın Xocavənd rayonu ərazisində 12 yaşlı oğlanın anasının gözü qarşısında ürəyini çıxarıblar. Bu zorakılıqlar barədə Azərbaycan dəfələrlə dünyaya müraciət edib bunlar da hələ ki, cavabsızdır.

BMT-nin dünya xalqlarına müraciətində planetə qarşı da zorakılığa son qoymağa çağırış səslənir: "İstixana qazları da daxil olmaqla bizim tərəfimizdən planetimizə qarşı törədilən zorakılıq kəskin iqlim dəyişmələri fəlakəti törədir. Mütəxəssislər bildirirlər ki, hazırda Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-in tullantıları Azərbaycanın işğal olunmuş ərazilərində basdırılır. Bu stansiyanın tullantılarını ləğv edən poliqonun olmaması region üçün real təhlükədir. 1970-ci ildə nüvə reaktorları ilə inşa edilən "Metsamor"un Araz çayı ilə axıdılan tullantıları Xəzər dənizinə tökülür bu su hövzəsindəki canlı aləmi məhv edir. Bu AES-in ən böyük təhlükəsi Azərbaycan tərəf hesab edilir. Beynəlxalq mütəxəssislər bir neçə il öncədən bəyan ediblər ki, "Metsamor" 8-9 ballıq zəlzələ zonasına aiddir onun istifadəsi hər dəqiqə Cənubi Qafqaz üçün dağıdıcı təhlükə törədər. Lakin deyilənləri qulaqardına vuran terrorçu dövlət yenidən 1000 Mwt gücündə AES tikintisinə başlayacağını bəyan edib. Seysmostatistik analizə görə, tarixi dövr ərzində Ermənistan ərazisində dəfələrlə iri şəhərlərin digər yaşayış məntəqələrinin tamamilə məhvinə səbəb olan zəlzələlər olub. Layihəyə görə inşası nəzərdə tutulan yeni atom elektrik stansiyası da seysmik ərazidədir hər mənada qonşu dövlətlər üçün təhlükə mənbəyidir. Yaponiyada baş vermiş sonuncu zəlzələ AES-in seysmik cəhətdən aktiv ərazilərdə təhlükəli olduğunu bir daha sübut etdi. Baxmayaraq ki, Avropa Birliyi bir neçə il əvvəl bu ölkədən "Metsamor"u bağlamağı tələb edib, əvəzində isə Ermənistan yenisini tikməyə imza atıb. Avropa Şurası Parlament Assambleyası da dəfələrlə Ermənistandan ciddi addımlar atmağı, AES-i bağlamağı tələb edib. Lakin hələ Azərbaycanın Araz Kür çayları Ermənistan tərəfindən reaktiv tullantılarla zəhərləndirilir.

Göründüyü kimi, zorakılığın bütün növləri Ermənistan adlı dövlət tərəfindən dünyanın gözü qarşısında həyata keçirilməkdədir. Belə bir durumda dünyamızın zorakılıqla mübarizə apardığını iddia etmək çox tezdir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2011.-2 oktyabr.-S.7.