Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Hu Szintaoya

 

Hörmətli cənab Sədr!

Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

 Biz Azərbaycan ilə Çin arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, qədim ənənələrə malik olan bu münasibətlər hazırda özünün yüksək inkişaf səviyyəsi ilə səciyyələnir.

Əminəm ki, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, ikitərəfli qaydada əməkdaşlığımız, habelə beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyimiz Azərbaycan-Çin dostluğunun bariz ifadəsi olaraq bundan sonra da ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülhrifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 sentyabr 2011-ci il

 

Azərbaycan.- 2011.-1 oktyabr.- S.  1.