Azərbaycan
Prezidenti İlham Əliyev Türkiyə Respublikasının
ailə və sosial siyasət naziri xanım Fatima Şahinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 3-də Türkiyə
Respublikasının ailə və sosial siyasət naziri
xanım Fatima Şahinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Türkiyənin
ailə və sosial siyasət naziri xanım Fatima Şahin
Baş nazir Rəcəb Tayyib Ərdoğanın
salamlarını dövlətimizin başçısına
çatdırdı.
Görüşdə
ölkələrimizin ailə, qadın və uşaq məsələləri
ilə məşğul olan qurumları arasında əməkdaşlığın
genişləndirilməsinin əhəmiyyəti
vurğulandı,
Türkdilli Ölkələrin
Parlament Assambleyasının təşəbbüsü
ilə "XXI əsrdə qadının rolu: qadın siyasətçilərin
məsuliyyəti" mövzusunda Bakıda keçirilən
beynəlxalq konfransın önəmi qeyd olundu.
Dövlətimizin
başçısı Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyənin Baş nazirinə
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 4 oktyabr.- S. 2.