Bakıda Rusiyanın Şimali Qafqaz Federal Dairəsinin tərkibinə daxil olan subyektlərin sərmayə layihələrinin təqdimatı keçirilmişdir

 

Oktyabrın 4-də Bakıda Rusiya Baş nazirinin müaviniRusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiyanın Şimali Qafqaz Federal Dairəsinin tərkibinə daxil olan subyektlərin sərmayə layihələrinin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin və Rusiyanın kənd təsərrüfatı, qida sənayesi, energetika, tikinti, konsaltinq, maşınqayırma və digər sektorlarını təmsil edən 200-ə yaxın adamı iştirak etmişdir.

Tədbiri iqtisadi inkişaf naziri Şahin Mustafayev açaraq Azərbaycanın iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, qazanılmış uğurlar barədə məlumat vermişdir. Bildirilmişdir ki, 2004-2010-cu illərdə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) 3 dəfə, qeyri-neft sektoru 2 dəfə, ölkə iqtisadiyyatına investisiya qoyuluşu 2,9 dəfə, orta aylıq əməkhaqqı 4,3 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 18,4 dəfə artmış, yoxsulluq səviyyəsi 5 dəfə azalmışdır.

Azərbaycan ilə Rusiya arasında siyasiiqtisadi əməkdaşlığın inkişaf etdiyini vurğulayan nazir, ticarət-iqtisadi əlaqələrin inkişafı sahəsində ölkələrimiz arasında təkmil qanunvericilik bazasının yaradıldığını bildirmişdir. İndiyədək Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə iqtisadi sahədə 100-ə yaxın sənəd imzalanmışdır. İki ölkə arasında  iqtisadi sahədə əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Nazir əlaqələrimizin inkişafında rusiyalı adamlarının əhəmiyyətli rol oynadığını diqqətə çatdıraraq onları Azərbaycanda yaradılmış əlverişli biznesinvestisiya mühitindən yararlanmağa dəvət etmişdir.

Rusiya Baş nazirinin müaviniRusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin isə çıxışında ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat vermiş, işgüzar görüşlərin əhəmiyyətini vurğulayaraq adamlarını əlaqələri daha da genişləndirməyə, investisiya layihələrində birgə iştiraka dəvət etmişdir. A.Xloponin bu tədbirin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Forumda Rusiya Federasiyası regional inkişaf nazirinin müavini Sergey Vereşagin təqdimatla çıxış etmişdir.

 

 

Azərbaycan.- 2011.-5 oktyabr.- S.  3.