Paris Moskvadan sonra Azərbaycan mədəniyyəti Berlini heyran etdi

 

Heydər Əliyev Fondunun onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin təbliği istiqamətində həyata keçirilən tədbirlər qürur hissləri doğurur 

 

Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsindədir. Artıq xeyli müddətdir ki, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da müstəqilliyimizin bərpasının ildönümünə həsr olunmuş möhtəşəm tədbirlərin keçirilməsinə start verilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təqdirəlayiqdir.

 

Fevral ayında Fransanın paytaxtı Parisdə Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə respublikamızın müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş möhtəşəm mərasimin keçirilməsi olduqca mühüm hadisə idi. May ayında isə Fondun təşəbbüsü ilə belə bir tədbir Moskvada keçirildi. "Azərbaycan gecəsi" adlanan həmin təntənəli mərasim əsl mədəniyyət hadisəsinə çevrilərək diqqəti bir daha ölkəmizə yönəltdi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş növbəti təntənəli mərasim sentyabrın 29-da Almaniyanın paytaxtı Berlində keçirildi. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Almaniyanın birinci xanımı Bettina Vulf iştirak ediblər.

Mərasimdən öncə iki ölkənin birinci xanımları arasında keçirilən görüşdə Bettina Vulf Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş mərasim üçün Berlinin seçilməsinə görə təşəkkürünü bildirib. Mehriban xanım Əliyeva bu tədbirə verdiyi dəstəyə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş mərasimdə iştirakına görə Bettina Vulfa təşəkkür edib, Azərbaycan mədəniyyətinin Almaniyada təbliği baxımından bu mərasimin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Mehriban xanım Əliyeva Berlin qəsrinin bərpası ilə bağlı başlanan ianə kampaniyasına Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul çekini Berlin qəsrinin rəhbərliyinə təqdim edib.

Paris Moskvada olduğu kimi, Berlində mərasim çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən sərgi təşkil edilmişdi. Mehriban xanım Əliyeva xanım Bettina Vulf bu sərgiyə baxıblar. Azərbaycan xalçalarının, qədim milli misgərlik nümunələrinin, Heydər Əliyev Fondunun ölkəmizlə bağlı müxtəlif mövzulara həsr edilən kitab, buklet digər nəşrlərinin nümayiş etdirildiyi sərgidə Azərbaycan nəşrinin alman dilində dərc olunan versiyasının təqdimatı keçirilib.

Daha sonra təntənəli mərasim başlayıb. Mərasimdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən xanım Bettina Vulf həmçinin mədəni əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. "Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir" deyən Bettina Vulf Azərbaycan sərgisinin ölkəmizin malik olduğu mədəni sərvətlərin təbliği baxımından önəm daşıdığını vurğulayıb. Çıxışlarda Azərbaycan onun sahib olduğu mədəni dəyərlər haqqında ətraflı məlumat verilib, "Evrovision-2011" mahnı müsabiqəsində qələbəyə görə ölkəmizin ünvanına təbriklər səsləndirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu mərasimin əsas məqsədinin Azərbaycanın keçmişini bugününü, 20 il ərzində əldə etdiyi uğurları dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olduğunu bildirən Mehriban xanım Əliyeva qeyd edib ki, ölkəmiz gənc olsa, tarixi qədimlərə gedib çıxır: "Cənubi Qafqazda - Xəzər dənizinin sahillərində ilk dövlətlər hələ eramızdan əvvəl II-I minilliklərdə yaradılmışdır. Şərqin ən qədim sivilizasiyalarından biri məhz Azərbaycanın ərazisində formalaşmışdır. Tarixi İpək yolu üzərində, mədəniyyətlərin sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan əsrlər boyu Qərb Şərq mədəniyyətinin təsiri altında formalaşmışdır. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olmuşdur, xalqımız tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir".

Ölkəmizin birinci xanımı 1918-ci ildə yaranan   müsəlman Şərqinin ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, o dövrdə Azərbaycan müsəlman dünyası üçün, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdı, Azərbaycan qadınları səsvermə hüququ qazanmışdılar, ölkədə çoxpartiyalı parlament fəaliyyət göstərirdi, Şərqin ilk opera baleti yazılmışdı.

1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının öz torpağına, öz ölkəsinə, öz taleyinə sahib olduğunu diqqətə çatdıran Mehriban xanım Əliyeva bu dövrü xarakterizə edərək deyib: "Bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Biz tamamilə yeni siyasi iqtisadi sistem qurub sürətlə inkişaf edirik. Azərbaycan bu gün bölgənin aparıcı dövlətidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı təşəbbüsü ilə reallaşır. Son illər iqtisadi templərin artımına görə Azərbaycan dünyanın lider ölkələri sırasındadır. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft qaz ilə təminatında öz rolunu oynamağa hazırdır".

Sürətli inkişafın ölkəmizin bütün sahələrini əhatə etdiyini deyən Mehriban xanım Əliyeva Azərbaycanda mədəniyyət sahəsində görülən işlər barədə məlumat verib. Azərbaycanda sosialyönümlü siyasətin aparıldığını, son illər ərzində 2 mindən çox yeni məktəb binasının inşa olunduğunu, 900 mindən çox yeni yerinin açıldığını, yoxsulluğun səviyyəsinin kəskin azaldığını deyən Azərbaycanın birinci xanımı ölkəmizin bütün bu nailiyyətləri Ermənistanla münaqişə şəraitində əldə etdiyini xüsusi vurğulayıb.

Mərasim çərçivəsində Almaniyanın Tarix muzeyində xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan incəsənət ustalarının konserti keçirilib. Konsertdən sonra isə qonaqlara zəngin Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Paris Moskvadan sonra Azərbaycan mədəniyyəti Berlini fəth etdi. Milli mədəniyyətimiz dünyanın mədəni mərkəzlərindən olan Almaniyada yaşandı. Bu mərasimlər həm onu təsdiq edir ki, Azərbaycanın mədəniyyət incilərinin sorağı mötəbər siyasi mədəni mərkəzlərdən gəlir.

Azərbaycanın inkişafı ilə yanaşı, həm beynəlxalq miqyasda yüksək imiclə tanınması üçün hər bir azərbaycanlı milli dəyərlərimizi yaşatmaq mövqeyindən çıxış etməli, vətənin təəssübkeşi olmağı özünə müqəddəs borc bilməlidir. Bu baxımdan Heydər Əliyev Fondunun onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin beynəlxaq miqyasda təbliği daha yaxından tanıdılması istiqamətində həyata keçirilən tədbirlər hər kəsdə fərəh qürur hisləri doğurur.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-5 oktyabr.- S.  4.