Azərbaycan ilə
Böyük Britaniya arasında əməkdaşlığın
inkişaf etdirilməsi üçün geniş potensial
vardır
Azərbaycanın Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, oktyabrın 4-də nazir Elmar Məmmədyarov Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Piter Beytmen ilə görüşmüşdür.
Etimadnaməsinin surətini nazirə təqdim edən P.Beytmen ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə etmişdir.
Diplomat ölkələrimiz arasında bir sıra istiqamətlərdə, xüsusilə, iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulamışdır. Səfir Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini demişdir.
E.Məmmədyarov britaniyalı diplomatı Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik etmiş, ona işlərində müvəffəqiyyətlər arzulamışdır.
Görüşdə qarşılıqlı
maraq doğuran bir sıra məsələlər müzakirə
olunmuşdur.
Azərbaycan.- 2011.- 5 oktyabr.- S. 5.