Azərbaycan
ilə Belçika arasında əlaqələrin
inkişaf perspektivləri müzakirə olunmuşdur
Oktyabrın
4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
ölkəmizdə səfərdə olan Belçikanın
xarici siyasət idarəsinin ikitərəfli işlər
üzrə baş direktoru Qeert Muyllenin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə
görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə ikitərəfli
münasibətlərin hazırkı vəziyyəti
müzakirə olunmuşdur. Qonaqlara Azərbaycanın enerji
strategiyası, regionda həyata keçirilən iqtisadi layihələrin
əhəmiyyəti barədə ətraflı məlumat
verilmişdir.
Görüşdə
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
Azərbaycanın mühüm strateji rolu vurğulanaraq Avropa
İttifaqı ilə ölkəmiz arasında münasibətlər,
iqtisadi və enerji sahələrində əməkdaşlıq
perspektivləri, eyni zamanda, qarşılıqlı maraq
doğuran bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Q.Muyllenə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
və onun sülh yolu ilə nizamlanması istiqamətində
atılan addımlar barədə də ətraflı məlumat
verilmiş, məsələnin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll olunmasının vacibliyi
vurğulanmışdır.
Azərbaycan.- 2011.- 5 oktyabr.- S. 5.