ABŞ ilə Azərbaycan arasında hərbi əlaqələrin perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev oktyabrın 4-də ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ABŞ ilə Azərbaycan arasında hərbi əlaqələrin perspektivləri, regionda hərbi-siyasi vəziyyət və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  5.