Akademik Ömər Eldarov Beynəlxalq Sokrat mükafatına layiq görülmüşdür

 

Dekabrın 12-də Böyük Britaniyanın Oksford şəhərində keçiriləcək Oksford Liderlər Sammiti çərçivəsində "İnternational Socrates Award Ceremony" mükafatının təqdimat   mərasimi olacaqdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından AzərTAc-a bildirmişlər ki, həmin gün təqdim ediləcək "İnternational Socrates Award Ceremony" mükafatının laureatları arasında bu akademiyanın rektoru akademik Ömər Eldarov da olacaqdır. Akademik Ömər Eldarov bu mükafata Beynəlxalq Sokrat Komitəsinin qərarı ilə elmi fəaliyyət və texnologiya sahəsində uğurlarına görə layiq görülmüşdür.

Bundan əlavə, Oksford Liderlər Sammiti çərçivəsində akademik Ömər Eldarovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına beynəlxalq elmi, işgüzar və mədəni tərəfdaşlığın möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə  Avropanın ən nüfuzlu mükafatı olan "UNİTED EUROPE AWARD" orden nişanı təqdim olunacaqdır.

 

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S. 5.