Danimarka-Azərbaycan
Dostluq Cəmiyyətinin sədri vəfat etmişdir
Danimarkadakı Azərbaycan diasporunun fəal üzvü, Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Elxan Hüseynov vəfat etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Hüseynov Azərbaycan həqiqətlərinin Danimarka ictimaiyyətinə çatdırılmasında, Danimarkada Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsində böyük iradə və əzmkarlıq nümayiş etdirmişdir. Onun Danimarkada Azərbaycanın dostlarının sayının artmasında böyük xidmətləri olmuşdur.
E.Hüseynov Qarabağın azadlığı uğrunda hərbi əməliyyatlarda fəal iştirak etmişdir. Tərtərin müdafiəsində onun böyük xidmətləri vardır. O, həmin rayonda erməni hərbi birləşmələrinə ağır zərbə vuran əsas komandirlərdən biri olmuşdur.
E.Hüseynov Danimarka-Azərbaycan
Dostluq Cəmiyyətini təsis edərək
Azərbaycanın haqq işi
uğrunda mübarizəsini davam etdirmişdir. Onun fəaliyyəti sayəsində Danimarka ictimaiyyətinin Azərbaycan
haqqında, Ermənistanın ölkəmizə qarşı hərbi
təcavüzü, ermənilərin dinc
azərbaycanlılara qarşı Xocalı soyqırımı
haqqında məlumatları artmışdır.
Azərbaycan.- 2011.- 5 oktyabr.- S. 5.