ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

 

  (mövzu əsasında IV yazı)

 

  (əvvəli ötən sayımızda)

  

   May ayında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və Amerika Hüquqşünaslar Assosiasiyasının "Onlayn canlı hüquq" layihəsi uğurla başa çatdırılmış, proqramın iştirakçısı olan 15 şagirdə müvafiq sertifikatlar verilmişdir. Yeni dərs ilindən isə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən məktəbdə "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinin tətbiqi nəzərdə tutulmuşdur. Həmin məktəb Türkiyənin Antalya əyalətinin Hasançolaq Anadolu Lisesindən "Qardaşlaşmış məktəblər" layihəsinə qoşulmaq üçün təklif almış, bunun üçün müvafiq sənədlər hazırlanaraq Təhsil Nazirliyinə təqdim edilmişdir.

  

   Rəsmi statistika olmasa da 2011-ci ildə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1725 məzundan 1265 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd vermiş, onlardan 513 nəfəri tələbə adını qazanmışdır. Bundan əlavə əvvəlki illərdə tam orta məktəbi bitirmiş məzunlardan da 79 nəfəri ali məktəblərə daxil olmuşdur. Ali məktəblərə qəbul imtahanları zamanı 111 nəfər 500 baldan yuxarı, 33 nəfəri 600 baldan yuxarı göstərmişdir. 600 baldan yuxarı nəticə göstərən abituriyentlər Şəkinin 19 məktəbinin, 500 baldan yuxarı nəticə göstərənlər isə Şəkinin 42 ümumtəhsil tam orta məktəbinin məzunlarıdır. Həmin məzunlardan 2 nəfəri - şəhər 5 nömrəli tam orta məktəbin məzunu Alxasova Leyla Vasif qızı və şəhər 11 nömrəli tam orta məktəbin məzunu Səlimzadə Xəzər Hümbət oğlu prezident təqaüdünə layiq görülmüşlər.    

   Şəhər 5 nömrəli tam orta məktəbin sənəd vermiş 55 məzunundan 28-i, şəhər 11 nömrəli məktəbin 62-i məzunundan 35-i, Şəki liseyinin 36 məzunundan 20-i, Bideyiz kənd tam orta məktəbin 12 məzunundan 7-i, Çeşməli kənd tam orta məktəbin 10 məzunundan 7-i, Çayqaranoyunlu kənd tam orta məktəbin 17 məzunundan 10-u, Qayabaşı kənd tam orta məktəbin 19 məzunundan 10-u sanballı bilik nümayiş etdirərək ali məktəb tələbəsi olmuşdur.

      

   Məktəbəqədər tərbiyənin vacibliyi

     

   Məlum olduğu kimi məktəbəqədər təhsil müəssisələri fasiləsiz təhsilin həyata keçirilməsində ilkin pillə olmaqla məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyə və təhsilə hazırlanması ilə məşğul olur. Şəkidə fəaliyyət göstərən 60 məktəbəqədər tərbiyə müəssisəsində Azərbaycan Respublikasının "Təhsil haqqında Qanunu" və digər direktiv sənədləri əldə rəhbər tutaraq, "2007-2012-ci illər üçün məktəbəqədər təhsilin yeniləşməsi və inkişafı proqramı"nın yerinə yetirilməsi sahəsində bir sıra işlər görülmüşdür. 60 məktəbəqədər təhsil müəssisəsində 2656 uşaq 141 qrupda tərbiyə alır. Məktəbəqədər yaşlı uşaqların yaşpsixoloji xüsusiyyətlərinə uyğun olan təlim-tərbiyə prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, ilkin təhsilə hazırlanması sahəsindəki uşaq bağçalarında müəyyən işlər görülür. Təlimin təşkilində Təhsil Nazirliyi tərəfindən verilmiş metodiki vəsaitlər, testlər, stolüstü oyunlar, kitablar, quraşdırma materiallarının böyük köməyi olmuş və tərbiyəçilərin öz işinə məsuliyyət hissini artırmışdır. Bu vəsaitlərin köməyi ilə hər bir pedaqoji işçi yaradıcılıqla işləmək imkanı qazanmışdır.    

   Uşaq hüquqları və konvensiyasına uyğun olaraq istedadlı uşaqların aşkar olunması məqsədilə Uşaqların Beynəlxalq Müdafiə Günündə istirahət parklarında, bağçalarda müxtəlif tədbirlər keçirilmişdir.   

   Şəhər 15, 17 nömrəli uşaq bağçalarının 4-6 yaşlı uşaqları Şəki rəsm qalereyasında rəsmlərini nümayiş etdirmiş, 26, 17, 9 nömrəli uşaq bağçalarının balacaları isə idman yarışlarında fəallıq göstərərək hədiyyələr qazanmışlar.    

   Uşaq bağçalarında aparılan monitorinq və reydlər zamanı kontingent planının yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır.

      

   Dövlət proqramı yeni uğurlara aparır

      

   Təhsil müəssisələrinin maddi-texniki bazasının daim inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıda durur. Bu il rayonun Baş Kəldək ümumi orta məktəbi üçün 180 yerli müasir standartlara cavab verən təhsil ocağının tikintisi artıq başa çatdırılmışdır. Şəkililər yeni dərs ili ərəfəsində daha bir sevindirici xəbər də alıblar. 180 illiyi qeyd ediləcək şəhər 5 saylı tam ortaŞorsu tam orta məktəblərinin tikintisi başlanılmışdır.    

   Təhsil həmişə dövlətin diqqət və qayğısını hiss edir. Bu qayğı gələcək üçün geniş imkanlar yaradır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiq olunması haqqında 7 iyul 2011-ci il tarixli sərəncamı buna parlaq misaldır.

 

 

  Ədalət.-2011.-7 oktyabr.-S.7.