Öz müqəddəratını təyin etmək hüququ: həqiqətlə yalan arasında

 

Xalqların öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn iki mənbəyində - 1966-cı ildə qəbul olunmuş insan hüquqları ilə bağlı beynəlxalq paktda, BMT Baş Məclisinin müxtəlif bəyannamələrində,  dövlətlərarası və beynəlxalq qeyri-hökumət təşkilatlarının sənədlərində təsdiq olunub. Adətən, etnik münaqişələr və müstəqillik uğrunda  hərəkat zamanı bu hüquqdan istifadə edilir. Bu anlayış 1878-ci ildə Berlin Konqresində səslənmiş, həmin ildən də dövriyyəyə daxil olmuşdur. İlk dəfə xalqların öz müqəddəratını təyinetmə hüququ 1918-ci ildə Brest sülhü zamanı tətbiq edilib. BMT Baş Məclisinin 1952-ci il 16 dekabr tarixdə qəbul olunmuş "Xalqların və millətlərin öz müqəddəratını təyinetmə hüququ" adlı 637-ci qətnaməsində qeyd olunur ki, millətlərin öz müqəddəratını təyinetmə hüququ insan hüquqlarından tam şəkildə istifadə üçün müqəddəm şərtdir.

Xalqın inkişaf istiqamətini kim müəyyənləşdirməlidir? Təxmini cavab aydındır: Xalqın özü. Beynəlxalq təcrübə isə göstərir ki, bəzən xalq səhv edir. Məsələn, 30 ilə yaxın müstəqillik uğrunda mübarizə aparan Eritriya xalqı məqsədinə çatdıqdan sonra peşiman oldu və yenidən Efiopiyanın tərkibinə qatılmaq istədiyini bildirdi. Kanadanın fransızdilli Kvebek xalqı da mübarizəyə qalxdı - düşünmədən, sonraki taleyini görmədən. Son anda o da Kanada Federasiyasının tərkibində qalmaq istəyini bildirdi.

Beynəlxalq təcrübədə göstərilir ki, bəzi hallarda xalqların öz müqəddəratını təyin etməsi ideyası müəyyən qüvvələri destruktiv proseslərə, separatizmə, daxilində yaşadığı dövlətdə etnik münaqişələrə təhrik edir: Bir ölkənin tərkibindən çıxmaq istəyən xalqın öz müqəddəratını təyin etmək hüququnu o zaman qanuni saymaq olar ki, həmin dövlət yürütdüyü  daxili siyasəti ilə ölkədə yaşayan başqa xalqların istəyinə rəğmən öz müqəddəratını təyinetməni mümkünsüz edir, həmin xalqların yaşamaq hüquqlarını kütləvi şəkildə pozur. Təəssüf ki, bəzən bu haqdan başqa xalqın hüququnu pozmaq məqsədilə istifadə olunur, özü maraqlı ölkələrin razılığı ilə. BMT sənədlərində isə qeyd olunur ki, öz müqəddəratını təyinetmə heç hökmən bir dövlətin tərkibindən çıxmaq, yaxud muxtariyyət əldə etmək deyil.

Elə buradaca Azərbaycanın yaxın tarixinə - Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaranması dövrünə nəzər salaq: "1921-ci il iyulun 4-də Qafqaz bürosunun axşam iclası keçirilir. Qarabağın dağlıq  hissəsində muxtar vilayətin yaradılması haqqında qərar qəbul edir. 1923-cü il iyulun 7-də Azərbaycan KP MK Rəyasət Heyəti S.M.Kirovun sədrliyi ilə keçirilən iclasda əhalisinin əksəriyyəti erməni olduğu iddiası ilə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı qurum yaradılır. Həmin ilin sentyabrında Xankəndi şəhərinin adı dəyişdirilərək terrorçu S.Şaumyanın adı ilə Stepanakert adlandırılır o, vilayətin mərkəzinə çevrilir. Hazırlanmış dekretdə Qarabağın erməni əhalisinə daha böyük özünüidarəetmə səlahiyyətləri verilir. Sonrakı dövrlərdə vilayət özünüidarəetmənin bütün səlahiyyətlərinə sahib oldu. Bu status 1936-1937-ci illər SSRİ Konstitusiyasında təsbit olundu. Muxtar vilayət SSRİ Ali Sovetində 5, Azərbaycan SSRİ Ali Sovetində isə 12 deputatla təmsil olunurdu. Bütün hökumət strukturlarında, inzibati məhkəmə orqanlarında rəsmi dil erməni dili idi. Bu dildə yerli televeziya radiolar fəaliyyət göstərir, qəzet jurnallar nəşr olunurdu. 1965-1987-ci illərdə bütövlükdə Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası  DQMV üzrə iqtisadi sosial inkişafa dair göstəricilərin müqayisəsini apararkən həmin dövrdə muxtar vilayətin qədər yüksək templə inkişaf etdiyinin şahidi oluruq.

Muxtar vilayətin Azərbaycanın tərkibində mövcudluğu onu göstərirdi ki, muxtariyyət forması əhalinin spesifik iqtisadi, sosial, mədəni milli xüsusiyyətlərini, həyat tərzini tam şəkildə əks etdirir.

Milli ideya insanların siyasi sosiallaşması, bir sıra hallarda isə  kütləvi siyasiləşməsində mühüm amilə çevrilir. Lakin Ermənistanın "milli ideya"  təcavüz üçün başqa xalqın torpağını işğal etmək, qocasını, gəncini, körpəsini məhv etmək üçün tətbiq olunur, özü "xalqların öz müqəddəratını təyinetmə hüququ" adı ilə. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü "milli müqəddəratını təyinetmə prinsipi" adı ilə pozaraq hərəkətlərinə həyasızcasına bəraət qazandırır. 1918-ci il martın 31-də 1992-ci ilin fevralında baş vermiş soyqırımı hadisələrindən dünyanın xəbəri var üzdə olsa da, etiraf ediblər ki, Bakıda, Xocalıda fəlakət törədilib.

Xalqımız eyni faciələri bu gün yaşayır - qaçqın-köçkün şəklində, torpaqlarının 20 faizi "amputasiya" olunmuş şəkildə. Qəribədir ki, bütün bunları görən bilən beynəlxalq aləm Azərbaycandan yenə güzəştlər tələb edir, onun ərazi bütövlüyünü təhdid edən "həll variantları" gözləyir. bütün bunlar eyni missiyaya xidmət edir. İndiyədək Dağlıq Qarabağ probleminin çözülməsi ilə bağlı Azərbaycana təklif olunan bütün variantlar birbaşa dolayısı ilə Azərbaycanın ərazi toxunulmazlığı prinsipini kobud şəkildə pozur. Ermənistan onsuz da öz müqəddəratını bir dəfə başqa millətin ərazi bütövlüyünü pozmaqla təyin edib. "Ermənistan" adlı dövlət yaradıb. Son iki əsrdə Azərbaycanı onun ərazi bütövlüyünü hədəfə alan ermənilər elə bir zaman kəsiyi olmamışdır ki, azərbaycanlılara qarşı qeyri-insani üsullara əl atmasınlar.

1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyev Sov. İKP MK  Siyasi Bürosunun üzvlüyündən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. Həmin ilin oktyabrında maraqlı tərəflərin əli ilə İrəvanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlər başladı. Noyabrın 18-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə məsləhətçisi A.Aqanbekyan Parisdə erməni icması qarşısında bəyan etdi ki, SSRİ rəhbərliyi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini məqbul hesab edir. Bu xəbər Fransa kommunistlərinin orqanı olan "Humanite" qəzetində dərc olundu. 

Münaqişə barədə əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılmaması, hadisələrin obyektiv mənzərəsinin qəsdən təhrif olunması, xüsusilə Azərbaycanın informasiya blokadasında saxlanması uzun müddət bu problemə düzgün operativ münasibətin formalaşdırılmasında ciddi maneə yaratdı. Rəsmi Bakının müxtəlif dövrlərdə beynəlxalq qurumlara, o cümlədən üzv olduğu Birləşmiş Millətlər Təşkilatına etdiyi müraciətlər lazımi səmərə vermədi, Ermənistanın başqa ölkənin ərazisini işğal etməsi beynəlxalq müstəvidə müzakirə mövzusu olmadı. Hətta münaqişənin ilk dövrlərində dünyada belə bir yanlış təsəvvür yarandı ki, bu müharibə lokal qarşıdurma xarakteri daşıyır digər dövlətlər üçün təhdid mənbəyi ola bilməz. Lakin getdikcə böyüyən münaqişə dalğası Gürcüstan, Ukrayna, Moldova, Rusiya, Yuqoslaviya kimi dövlətlərdə etnik bölücülük fəaliyyətinin başlamasına səbəb oldu.  

Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü suverenliyi çərçivəsində bərpası üçün ardıcıl səylər göstərsə , Ermənistanın da, Azərbaycanın da üzv olduğu BMT-nin fəaliyyət mexanizmi mükəmməl olmadığından qəbul edilən qərarların icrası havadan asılı qalır. Təşkilatın Nizamnamə prinsiplərinə uyğun olaraq zor tətbiq edən tərəf cəzalanmalı, müvafiq çəkindirici tədbirlər görülməli idi. Bu nüfuzlu təşkilatın Nizamnaməsində hüquqi şərhini tapan "təcavüz" anlayışı özünün bütün tələbləri ilə Ermənistana şamil edilməli idi. Təhlükəsizlik Şurası isə öz növbəsində Nizamnamənin ona verdiyi səlahiyyətlər çərçivəsində təcavüzkar dövləti işğalçılıq siyasətindən çəkindirmək, zəbt etdiyi torpaqları geri qaytarmaq istiqamətində konkret təsirli tədbirlər görülməsi üçün qərar çıxarmalı idi. Beynəlxalq aləmin, xüsusən BMT TŞ-nin Azərbaycan ərazisinin işğalı faktına qətiyyətsiz münasibəti ulu öndər Heydər Əliyevin 1995-ci il oktyabr ayının 22-də BMT-nin yaradılmasının 50 illiyi münasibətilə keçirilən 36-cı plenar iclasındakı çıxışında da açıq-aşkar qeyd olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirərkən Təhlükəsizlik Şurasının fəaliyyətinə iradlarını bildirmişdir. Prezident vurğulamışdır ki, bir çox hallarda beynəlxalq qurumun problemə qeyri-konstruktiv münasibəti münaqişənin aradan qaldırılmasına deyil, əksinə, Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları irəli sürməsinə, regionda vəziyyətin daha da gərginləşməsinə zəmin yaradır.

ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə nizamlanması prosesi hələ ki arzuolunan nəticələr verməyib. ATƏT Avropada sülhün qorunub saxlanmasına dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən  təşkilat kimi münaqişənin həllinə çalışsa da, indiyədək onu sürətləndirmək üçün heç bir mexanizm işləyib hazırlamayıb. Təəssüf ki,  Azərbaycan vasitəçi təşkilatlardan həll variantları gözlədikcə ərazi bütövlüyümüzün kobud şəkildə pozulması davam edir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.- 6 oktyabr.- S.  7.