Azərbaycan Elmi-Tədqiqat EroziyaSuvarma İnstitutunun tabeliyinin dəyişdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan  Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat EroziyaSuvarma İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 7 oktyabr.- S. 1.