A.N.Əsgərovun
Qazax Rayonu İcra Hakimiyyətinin başçısı
təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 124-cü maddəsinin II
hissəsini rəhbər tutaraq qərara alıram:
Ayaz Nəriman oğlu Əsgərov Qazax Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 7 oktyabr.- S. 1.