R.A.Hüseynovun Qazax Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Rauf Arif oğlu Hüseynov Qazax Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 7 oktyabr.- S. 1.