Mərkəzi Seçki Komissiyası işçi qrup yaratmışdır

 

Oktyabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə komissiyanın 2011-ci il 29 sentyabr və 1 okyabr tarixli iclaslarının protokolları təsdiq edilmişdir. Sonra MSK 2011-ci il noyabrın 30-na təyin edilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər dövründə fəaliyyət göstərəcək imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünümüvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və həmin qrupun tərkibinin müəyyən edilməsi barədə qərar çıxarmışdır. MSK, həmçinin 67 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik etmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır. MSK sədri seçki dairələri üzrə namizədlərin irəli sürülməsi ilə bağlı da məlumat vermişdir. M.Pənahov bildirmişdir ki, bu günə qədər 12  dairə seçki komissiyasında 29 bələdiyyə üzrə 73 nəfərin namizədliyi təsdiq edilmişdir. Onlardan 63-ü imza vərəqələrini götürmüşlər. İclasda ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-7 oktyabr.- S.  3.