Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin Azərbaycan Respublikasına rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi  

 

Oktyabrın 7-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Fransa Prezidentinə raport verdi. Fransanın Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Nikola Sarkoziyə, Fransa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  1.