Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü
Oktyabrın 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.
Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
* * *
Fransa Prezidenti Nikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdü.
AzərTAc
Azərbaycan.- 2011.- 8 oktyabr.- S. 1.