Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Fransa İnkişaf Agentliyi arasında anlaşma memorandumu imzalanmışdır
Oktyabrın 7-də Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Fransa İnkişaf Agentliyi arasında FİA Qrupunun Azərbaycanda fəaliyyətinə dair anlaşma memorandumu imzalanmışdır.
Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev və Fransa tərəfdən İnkişaf Agentliyinin direktoru Jak Muanvil imzaladılar.
AzərTAc
Azərbaycan.- 2011.- 8 oktyabr.- S. 3.