Prezidentin mətbuat xidmətinin məlumatı

 

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana  telefonla zəng etmişdir.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın anasının vəfatı ilə bağlı ona başsağlığı vermiş, Türkiyənin Baş nazirinə və onun ailəsinə Allahdan səbr diləmişdir.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  3.