Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

 

 Hörmətli cənab Baş nazir!

Əziz qardaşım!

Ananız Tənzilə Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 oktyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  3.