Gənclər təşkilatları anlaşma memorandumu imzalamışlar
"İrəli" İctimai Birliyinin (İB) ofisində "AIESEC Azərbaycan"ın idarə heyətinin üzvləri ilə keçirilmiş görüşdə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Qurumun mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə "AIESEC Azərbaycan"ın prezidenti Aleks Apetrei və "İrəli" İB-in baş katibi Rauf Mərdiyev anlaşma memorandumu imzalamışlar.
Görüş iştirakçıları gənclərin təcrübə və biliklərinin artırılmasında, beynəlxalq əlaqələrin qurulmasında əməkdaşlığın vacibliyini vurğulamışlar.
Tədbirdə bildirilmişdir
ki, memorandum
qarşılıqlı və birgə təşəbbüslər
əsasında layihələrin planlaşdırılması və
həyata keçirilməsinə imkan
yaradacaqdır.
Azərbaycan.- 2011.- 8 oktyabr.- S. 3.