Mühəndislik
Akademiyasının illik hesabat-seçki
yığıncağı
Akademik Arif Paşayev akademiyanın
prezidenti seçilmişdir
Azərbaycan
Mühəndislik Akademiyasının (AMA) illik hesabat-seçki
yığıncağı keçirilmişdir. AMA-dan AzərTAc-a
bildirmişlər ki, yığıncağın gündəliyinə
Mühəndislik Akademiyasının hesabat məruzəsinin
müzakirə olunması, nəzarət-təftiş
komissiyasının hesabatı, qurumun rəhbərliyinin,
büro üzvlərinin və nəzarət-təftiş
komissiyasının yeni tərkibinin seçilməsi daxil
edilmişdir.
Hesabat məruzəsində
son beş ildə AMA-da elm, texnika və innovasiya fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində işlərin
geniş təhlili öz əksini tapmışdır. Həmçinin
ali məktəblərlə, təşkilat və müəssisələrlə
bağlanmış müqavilələr çərçivəsində
əməkdaşlığın səmərəliliyini
artırmaq istiqamətində konkret tədbirlərin
hazırlanması tövsiyə olunmuşdur. Ümumi
yığıncaqda gizli səsvermə ilə akademiyanın
yeni rəhbərliyi seçilmişdir. Akademik Arif Mir Cəlal
oğlu Paşayev Azərbaycan Mühəndislik
Akademiyasının prezidenti seçilmişdir. Havar Məmmədov
vitse-prezident, Əhəd Canəhmədov vitse-prezident - baş
elmi katib, Natiq Cavadov isə nəzarət-təftiş
komissiyasının sədri seçilmişlər.
Azərbaycan.- 2011.- 8 oktyabr.- S. 5.