Antik dövrə aid yaşayış yeri aşkar olunmuşdur

 

Salyan rayonunun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun çəkilişi zamanı qədim yaşayış yerinin izlərinə rast gəlinmişdir.

Həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri  professor Arif Məmmədovun rəhbərliyi ilə arxeoloji kəşfiyyat və qazıntı işlərinə başlanılmışdır. İlkin müşahidələr ərazidə antikilk orta əsrlər dövrünə aid olan yaşayış yeri, qəbiristanlığın olduğunu göstərir. Ərazidə I-III əsrlərə aid küp qəbirlər aşkar edilmişdir. Hazırda tədqiqatlar davam etdirilir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, A.Məmmədov Salyan rayonunun ərazisində antik dövrə aid yaşayış yerlərinin olmasını təbii sayır. O demişdir ki, antik dövr müəllifi olan Strabon da öz məlumatında gəmiçiliyə yararlı olduğu üçün Kür çayı boyunca iri yaşayış məntəqələrinin salındığını qeyd etmişdir. Salyan toponiminin adından da göründüyü kimi, bu ərazi gəmilərin yan aldığı və yüklərin boşaldığı ərazidir. Ərazi həm də Dərbənddən Ərdəbilə doğru ticarət karvan yolunun üzərində yerləşir. Bu da onun əhəmiyyətini daha da artırmışdır.

 

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  8.