Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyə Baş nazirinin anasının dəfn mərasimində iştirak etmişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə  Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğanın dəfn mərasimində iştirak etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə İstanbulun "Fatih" məscidində Türkiyə Prezidenti Abdullah GülBaş nazir Rəcəb Tayyib Ərdoğanla birlikdə günorta namazı qılmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin başsağlığını bir daha Türkiyə hökumətinin başçısına çatdırmışdır.

Sonra Türkiyənin diyanət işləri başkanı Məhmət Görməz mərhumənin cənazə namazını qılmışdır.

Cənazə namazından sonra mərhumənin cənazəsi  "Karacaahmet" qəbiristanlığında dəfn olunmuşdur.

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.- 9 oktyabr.- S. 4.