Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən əsası qoyulan Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olundu, bu tədbirin beynəlxalq əməkdaşlığın genişlənməsi, xalqların və ölkələrin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi vurğulandı.

Görüşdə həmçinin Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla  inkişaf etdiyi məmnunluqla qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 oktyabr.- S.  3.