Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Slovakiyanın keçmiş Prezidenti Rudolf Şusteri qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rudolf Şuster arasında bundan əvvəlki görüşlər məmnunluqla xatırlandı, Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti qeyd olundu, tədbirin ölkələrarası, mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi baxımından önəmi vurğulandı.
Slovakiya Respublikasının keçmiş Prezidenti Rudolf Şuster Bakıda gedən nəhəng quruculuq, abadlıq işlərinin şahidi olduğunu dedi və bunu yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 11 oktyabr.-
S. 3.