Azərbaycan
Prezidenti İlham Əliyev Avropa Şurası Parlament
Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
10-da Avropa Şurası Parlament Assambleyasının sədri
Mövlud Çavuşoğlunu qəbul etmişdir.
Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu bu ilin aprelində Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının önəm verdiyi məsələlərlə bağlı tədbirlərin ölkəmizdə uğurla təşkil olunması münasibətilə şəxsən Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Bakı Beynəlxalq Humanitar Forumunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir növ davamı olduğunu vurğulayan dövlətimizin başçısı bu cür tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halı aldığını dedi. Prezident İlham Əliyev dəvəti qəbul edib forumda iştirakına görə Mövlud Çavuşoğluna təşəkkürünü bildirdi.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi.
AzərTAc
Azərbaycan.- 2011.- 11 oktyabr.- S. 3.