Bakı Beynəlxalq
Humanitar Forumunun
iştirakçılarının şərəfinə rəsmi
ziyafət verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə oktyabrın 10-da "Buta" sarayında rəsmi ziyafət verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Mərasim iştirakçıları dövlətimizin
başçısını və xanımını hərarətlə
qarşıladılar.
Prezident İlham ƏLİYEV ziyafət iştirakçılarını salamlayaraq dedi:
- Hörmətli qonaqlar, əziz dostlar!
Mən sizin hamınızı bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!
Bu gün Birinci Bakı Beynəlxalq Humanitar Forumu öz işini uğurla davam etdirib. Birinci gün çox uğurlu oldu. Forum çərçivəsində səslənən fikirlər humanitar sahədə əməkdaşlığa böyük töhfə verdi.
Mən forumda çıxış etmiş bütün natiqlərə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Forum sabah da
davam edəcəkdir. Sabah müxtəlif seksiyalarda biz dəyərli
və maraqlı çıxışları dinləyəcəyik.
Bir sözlə, mən çox şadam ki, bu forum xalqları
birləşdirən forum oldu.
Bu forum dünyada xoşniyyətli qüvvələri
bir araya gətirən forum oldu.
Mən ümid edirəm ki, bu forumun
çox gözəl nəticələri olacaqdır.
Bu forumda iştirak
etmiş bütün qonaqları səmimiyyətlə
salamlayıram. Xüsusilə mənim həmkarlarımı
- sabiq prezidentləri səmimiyyətlə salamlayıram.
Beynəlxalq təşkilatların rəhbərlərini salamlayıram.
Görkəmli dövlət xadimləri,
ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının,
vətəndaş cəmiyyətinin
üzvləri, jurnalistlər
- bu gün bizim aramızdadırlar.
Onlar bizim qonaqlarımızdır.
Hesab edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında özünə layiq yerini tutacaqdır. Ümid edirəm ki, bu forumun gələcəyi
çox gözəl olacaqdır.
* * *
Sonra xalq artisti Teymur
Göyçayevin rəhbərliyi
ilə Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestrinin konserti oldu.
AzərTAc
Azərbaycan.- 2011.- 11 oktyabr.- S. 4.