İspaniyanın Kralı əlahəzrət I Xuan Karlosa
Əlahəzrət!
Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-İspaniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, dostluq əlaqələrimizin genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 3 oktyabr
2011-ci il
Azərbaycan.- 2011.- 12 oktyabr.- S. 1.