Türkiyənin
IX Prezidenti Süleyman
Dəmirəl ümummilli lider
Heydər Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət etmişdir
Bakıda
keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən,
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl
oktyabrın 11-də Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin
xatirəsini ehtiramla yad etmiş, məzarı önünə
əklil qoymuş, ruhuna dualar oxumuşdur.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi yad olunmuş, məzarı üzərinə
güllər düzülmüşdür.
Sonra
Şəhidlər xiyabanına gələn Süleyman Dəmirəl
1918-ci ildə Azərbaycanda və paytaxt Bakıda
qırğınlar və vəhşiliklər törədən
silahlı erməni daşnak dəstələri ilə
döyüşlərdə həlak olmuş türk əsgərlərinin
xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət
edərək önünə əklil qoymuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 12 oktyabr.-
S. 2.