Süleyman Dəmirəl:
Azərbaycana hər səfərimdə ilk vəzifəm əziz
dostum, böyük dövlət və siyasi xadim Heydər Əliyevin
məzarını ziyarət etməkdir
Azərbaycana hər səfərimdə ilk vəzifəm əziz dostum, böyük dövlət və siyasi xadim Heydər Əliyevin məzarını ziyarət etməkdir.
AzərTAc xəbər verir ki, bu sözləri Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edən Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl jurnalistlərə açıqlamasında demişdir.
S.Dəmirəl demişdir ki, ulu öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın əziz xatirəsi bütün türk xalqının qəlbində əbədi yaşayacaqdır. Türk xalqı heç vaxt onları unutmayacaqdır. Azərbaycan xalqı Heydər Əliyev kimi dahi şəxsiyyət ilə hər zaman fəxr etməlidir. O, Azərbaycanın ən böyük övladıdır.
S.Dəmirəl demişdir: "Bu gün Azərbaycanın
sürətli inkişafı bizi çox sevindirir. Arzu edirəm
ki, Azərbaycan dövlətinin yolu hər zaman açıq
olsun".
Azərbaycan.- 2011.- 12 oktyabr.- S. 2.