Sergey Narışkin: Azərbaycan ilə
Rusiya arasında əməkdaşlıq bütün istiqamətlər üzrə uğurla inkişaf edir
Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq bütün istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edir.
AzərTAc xəbər verir ki, Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda demişdir.
S.Narışkin vurğulamışdır ki, Rusiya və Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Kreml Administrasiyasının rəhbəri demişdir: "Biz ölkələrimiz arasında əlaqələrin inkişafını yüksək qiymətləndiririk. Azərbaycan və Rusiya bu il əmtəə dövriyyəsinin böhrandan əvvəlki səviyyəsini praktiki olaraq bərpa edəcəklər".
S.Narışkin daha sonra vurğulamışdır ki,
Azərbaycan və Rusiya humanitar
sahədə çoxlu layihələr həyata
keçirir.
Azərbaycan.- 2011.-12 oktyabr.- S. 2.