Aleksandr Avdeyev: Azərbaycan Avropa ilə Asiya arasında körpüdür

 

 Forumun beynəlxalq formatı çox vacib olan əsas mövzu ilə tam uzlaşır. Ölkələrin hərtərəfli inkişafı və müasirləşməsi zamanı biz unutmamalıyıq ki, insanın intellektini maarif və mədəniyyət formalaşdırır. AzərTAc xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev demişdir.

Rusiyanın mədəniyyət naziri bildirmişdir ki, belə bir forumun məhz Azərbaycanda keçirilməsi çox əlamətdardır. Azərbaycan doğrudan da, Avropa ilə Asiya arasında körpüdür.

A.Avdeyev tədbirin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmışdır. O vurğulamışdır ki, ölkə vətəndaşların səmimiyyəti, Azərbaycan Prezidentinin müdrikliyi, düşünülmüş siyasət forumu başlıca məsələlər haqqında fikir mübadiləsi aparmaq üçün gərəkli bir məkana çevirmişdir.

 

 

Azərbaycan.- 2011.-12 oktyabr.- S.  2.