Bakının gözəlliyi, yeni, müasir tikililər adamı heyran qoyur

 

Bakının gözəlliyi, yeni, müasir tikililər adamı heyran qoyur. AzərTAc xəbər verir ki, bu sözləri  Argentina İslam Mərkəzinin nümayəndəsi Xulio Made demişdir.

Tədbirə dəvətə görə minnətdarlıq edən Xulio Made bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkili onda böyük təəssürat oyatmışdır.

Xulio Made bildirmişdir ki, Azərbaycana gələndə əvvəllər təsəvvür edə bilməyəcəyim bir mənzərə ilə qarşılaşdım. Burada gördüyüm sürətli inkişaf məni valeh etmişdir.

Argentinalı qonaq qeyd etmişdir ki, forum mədəniyyətlə bağlı məsələləri müzakirə etmək üçün geniş imkanlar açmışdır. O, Bakı Beynəlxalq Humanitar Forumunun dini, mədəni müxtəliflik və  mədəni dialoq məsələlərinin müzakirəsi üçün çox önəmli bir hadisə olduğunu bildirmişdir.

 

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S. 2.