Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində iqtisadi inkişaf modellərinin humanitar aspektləri müzakirə edilmişdir

 

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Beynəlxalq Muğam Mərkəzində keçirilən "İqtisadi inkişaf modellərinin humanitar aspektləri" adlı bölmə iclasında "İnsan "simalı" iqtisadiyyat"a həsr olunan birinci altmövzunun moderatoru olan Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının rektoru Vladimir Mau iştirakçıları salamlayaraq, mövzunun əhəmiyyətini vurğulamışdır. O, qeyd etmişdir ki, hazırkı dünyada iqtisadi amilləri müəyyənləşdirən prinsiplər dəyişmişdir. Hər bir dövrün özünəxas iqtisadi inkişaf prinsipləri vardır. Lakin indiki dünyada iqtisadi proseslər bir çox amillərdən asılıdır ki, iqtisadçılar özləri belə, bunun öncədən proqnozunu verməkdə çətinlik çəkirlər.

Sonra Böyük Britaniyadan olan iqtisadçı, Nobel mükafatı laureatı Ceyms Mirlis, Yunanıstanın sabiq xarici işlər naziri xanım Dora Bakoyannis, Böyük Britaniya parlamentinin üzvü, Uorvik Universitetinin professoru, Lord Robert Skidelski, ABŞ-ın Kolumbiya Universitetinin professoru, Keçid iqtisadiyyatlı ölkələrin öyrənilməsi mərkəzinin direktoru xanım Desai Padma, Dövlət İqtisad Universitetinin elminformasiya texnologiyaları üzrə prorektoru, professor Əvəz Bayramov və başqaları "İqtisadi inkişaf modellərinin humanitar aspektləri", "Transformasiya prosesi: dövlət və mədəniyyət", "Müasir iqtisadi inkişaf modellərinin humanitar aspektlərinə dair məsələlər", "İqtisadi inkişafsosial ədalət: konseptual yanaşma" və s. mövzularda məruzələr etmişlər.

"İntellektual potensialiqtisadi inkişaf"a həsr olunan ikinci altmövzu üzrə iclasın moderatoru Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir ki, insan kapitalı iqtisadiyyatın inkişafını stimullaşdıran, ona təsir göstərən amillərdən biridir. Bu sözə son zamanlar daha çox rast gəlindiyini vurğulayan Ş.Mövsümov ölkəmizdə neftdən əldə olunan gəlirlərin əsas hissəsinin insan kapitalına yatırıldığını diqqətə çatdırdı.

Sonra İtaliyadan diplomat Sforza Ruspoli, İordaniya Universitetinin vitse-prezidenti Bəşir Əl-Zubi, Azərbaycan Diplomatiya Akademiyasının professoru Elkin Nurməmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Emin Hüseynov və başqaları çıxış edərək sahibkarlığın inkişafının humanitar aspektləri, iqtisadiyyatın inkişafında neft gəlirlərindən səmərəli istifadə, insan kapitalı, onun bəhrəsi barədə danışmışlar.

"İqtisadi inkişafın sosial "ölçüsü"nə həsr olunan üçüncü panelin moderatoru olan Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirdi ki, artıq XXI əsrin ilk onilliyi geridə qalmışdır. Biz bilik cəmiyyətinə qədəm qoymuşuqburada adət etdiyimiz həm iqtisadi məzmun daşıyan məfhumlar, həm də iqtisadi nəzəriyyələr obyektiv olaraq müəyyən dəyişikliyə uğrayır.

Azərbaycanın özünəməxsus inkişaf modelindən danışan Ş.Hacıyev bu modelin sosial aspektlərinin əhəmiyyətini vurğulamışdır. O demişdir ki, Azərbaycan düşünülmüş iqtisadi siyasət, dövlət müdaxiləsi və eyni zamanda, liberal dəyərlərə əsaslanan institusional sistemlə sintezdə olan iqtisadi inkişaf sisteminə malikdir. Azərbaycanda formalaşan bazar iqtisadiyyatı adət olunan, klassik modellərdən qat-qat fərqli - sosialyönümlü bazar iqtisadiyyatlı sistemdir. Bu iqtisadiyyatda sahibkarlıq fəaliyyəti üçün azad, liberal münasibətlərin formalaşması üçün tam imkanlar yaradılmışdır. Bizim düzgün və uzunmüddətli hədəfə yönəlmiş, elmi cəhətdən əsaslandırılmış iqtisadi inkişaf strategiyamız mövcuddur. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Aleksandr Nekipelov, Rusiya Federasiyası Beynəlxalq Müstəqil Ekologiya-Politologiya Universitet Akademiyasının Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədov, Ukrayna Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun direktoru Andrey Yermolayev, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Rasim Həsənov və başqaları müasir dövrdə davamlı iqtisadi inkişafın sosial aspektləri, iqtisadiyyat və mədəni dəyərlər, və s. mövzularda çıxış etmişlər.

Sonda iclasın moderatoru Ş.Hacıyev çıxış edərək bildirmişdir ki, müzakirələr zamanı çox ciddi məsələlər qaldırıldı və bu da tamamilə təbiidir. Çünki iqtisadi inkişaf modellərinin humanitar cəhətləri ilə bağlı bu gün istər nəzəri-metodoloji baxımdan, istərsə də mahiyyət və məzmun baxımından çox səmərəli diskussiyalar aparıldı.

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.  4.