Düşünülmüş, sürətli və davamlı inkişaf

 

"Ümumiyyətlə, xarici siyasətdə bizim prioritetlərimiz kifayət qədər dəqiq ifadə edilmişdir. Biz istəyirik, çalışırıq ki, bütün ölkələrlə çox səmimi, rəvan, proqnozlaşdırıla bilən münasibətlərimiz olsunhesab edirəm ki, buna nail olmuşuq. Biz etibarlı tərəfdaşlarıq. Biz özümüzü təmin edən ölkəyik və buna görə də hansısa beynəlxalq maliyyə mərkəzlərindən, yaxud siyasi mərkəzlərdən asılı deyilik". 

 

İlham ƏLİYEV

 

 

Uğurlu xarici siyasət strategiyası

 

Müasir beynəlxalq münasibətlər sistemində dövlətin həyata keçirdiyi ümumi kurs kimi dəyərləndirilən xarici siyasət həm də inkişaf prosesinə təsir göstərən əsas faktorlar sırasında yer alır. Bu mənada konkret halda götürülmüş ölkənin beynəlxalq mövqelərinin mütəmadi şəkildə möhkəmlənməsi, eləcə də yaradılmış iki və çoxtərəfli münasibətlərin inkişaf prosesinə mühüm töhfələr verilməsini təmin etmək hər bir  dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Lakin qeyd edilən fonda o da xüsusi olaraq vurğulanmalıdır ki, xarici siyasət daxili dövlət siyasəti ilə üzvi surətdə bağlıdır və onların hər ikisi bir-birini tamamlamalıdır. Əks təqdirdə, inkişaf prosesində müəyyən çatışmazlıqların üzə çıxması qaçılmaz olur və hətta bu, ciddi fəsadlar, o cümlədən silahlı qarşıdurmalar yarada bilir. Dünyanın müasir siyasi mənzərəsinə diqqət yetirməklə buna dair kifayət qədər çoxsaylı misallara rast gəlmək mümkündür.

Xarici siyasətin əsas vasitəsi olan diplomatiyanın davamlı tərəqqisi, çevik xarakter daşıması, mütəmadi zənginləşdirilməsi də beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmağa çalışan hər bir dövlət üçün əsas vəzifələrdir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün müxtəlif forma və metodları özündə ehtiva edən diplomatiya ümumiyyətlə, müasir dünyada formalaşmış münasibətlər sistemində ən effektiv vasitələrdən biri olaraq dəyərləndirilir. Uğurlu diplomatiyanın gətirdiyi möhtəşəm dividendlər, ölkənin beynəlxalq imicinin yüksəlməsində oynadığı mühüm rola dair konkret misal kimi XX əsrdə ikinci dövlət müstəqilliyini qazanmış Azərbaycanı göstərmək olar. Ötən əsrin son onilliyində totalitar bir rejimdən xilas olaraq müstəqilliyini bərpa etmiş Azərbaycan 1993-cü ildən etibarən xarici siyasət sferasında çevik və proseslərin gedişinə adekvat reaksiya nümayiş etdirən, mövqelərinin güclənməsinə xidmət edən xarici siyasi kurs həyata keçirir.

Ancaq 1993-cü ilin ortalarına qədər yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın həyata keçirdiyi xarici siyasət kifayət qədər qüsurlu olub, ölkəni yeni problemlər məngənəsinə yuvarlamışdı. Hakimiyyətə insanların kortəbii inam dalğası üzərində gəlmiş qüvvələrin həyata keçirdiyi xarici siyasət strategiyası SSRİ-nin dağılması ilə yeni yaranmış şəraitin tələblərinə cavab verməyərək Azərbaycana qarşı yönəlmiş müxtəlif təzyiqlərin yüksələn xətt üzrə inkişafına səbəb oldu. Bu kontekstdə yeni beynəlxalq nizamın yaranması, nüfuz sahələrinin dünya siyasətinin əsas faktorları arasında yenidən bölünməsi, ikiqütblü dünyanın mövcudluğuna son qoyulmasına rəğmən, Azərbaycanın xarici siyasəti baş verənlərə adekvat xarakter daşımırdı. Əksinə, ölkənin inkişafının qarşısını alanxarici münasibətlərini pisləşdirə biləcək addımlar atılırdı ki, bu da son nəticədə mövcud olduğu regionda, eləcə də onun sərhədlərindən kənarda Azərbaycanın mövqenüfuzunu əhəmiyyətli dərəcədə zəiflədirdi. Bu hal  AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə tədricən özünün zirvə nöqtəsinə çatdı. Məsələn, məhz bu qüvvələrin həyata keçirdiyi yanlış siyasət son nəticədə Azərbaycanın iki böyük qonşu dövlətlərlə - Rusiyaİranla münasibətlərini əhəmiyyətli dərəcədə pisləşdirdi. Xüsusən də o dövrkü hakimiyyət təmsilçilərinin reallıqdan daha çox populizmə söykənən çıxışları, Cənubi və Şimali Azərbaycanın təcili birləşdirilməsinə dair çağırışlar, Rusiya ilə haqq-hesab çəkiləcəyinin bildirilməsi, Ermənistanı atom bombası ilə dağıtmaq və bu qəbildən olan fikirlər Azərbaycan haqqında beynəlxalq sferada mənfi rəy yaranmasında az rol oynamadı. Bu vəziyyətin ən acınacaqlı tərəflərindən biri Azərbaycanın regionda və beynəlxalq aləmdə təklənməsinə münbit şərait yaratması, geosiyasətin çəkişmə obyektinə çevrilməsinə yeni təkan verməsi idi.

Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuözünün getdikcə daha gərgin bir mərhələyə daxil olması fonunda belə xarici siyasət işğalçı Ermənistanın lehinə işləməyə başladı. Bu vəziyyətdə güclü erməni lobbisinin təşkil etdiyi hücumların da qarşısının alınması üçün effektiv müdafiə və əks-hücum strategiyasının yoxluğu Azərbaycan üçün əlavə problemlər yaradırdı. Elə bunun nəticəsində Azərbaycan işğala məruz qalan bir dövlət olsa da, ABŞ Konqresi ölkəmizin mənafeyinin əleyhinə olaraq  "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəliş əlavə etdi. Ümumiyyətlə, Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazandıqdan sonra hakimiyyətdə olan müxtəlif qüvvələrin regional və beynəlxalq münasibətlərin xarakterini, əsas tendensiyasını və axarını düzgün müəyyən edə bilməməsi, ayrı-ayrı region dövlətlərinin Azərbaycanda kəsişən və toqquşan təsir və nüfuz dairələrini düzgün qiymətləndirməkdə acizlik çəkməsi, bunun nəticəsində adekvat siyasət yeritməməsi yol verilən ciddi səhvlər olaraq dəyərləndirilirdi. Halbuki Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regionalqlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadisiyasi imkanlarından məharətlə istifadə edəcəyi təqdirdə üzləşdiyi problemlərin həllində böyük uğurlara imza ata bilərdi. Lakin iqtidarda olan qüvvələr bu uğurlara nail olunmasında, sadəcə, aciz və qabiliyyətsiz olduqlarını aydın şəkildə nümayiş etdirirdilər.

Yalnız müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsinə, xalqın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən bir siyasi kurs həyata keçirilməyə başlandı. Bu fonda  dövlət institutları təkmilləşdirildi, ölkənin xarici əlaqələri genişləndirildi. Yeni neft strategiyasının reallaşdırılması isə ölkənin uzunmüddətli inkişafının təməlini qoymaqla bərabər, xarici siyasət sahəsində Azərbaycana böyük dividendlər qazandırdı. Xalqın iradəsi əsasında müstəqil Azərbaycanın Prezidenti seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə mərasimindəki çıxışında ulu öndər xarici siyasət məsələlərinə toxunarkən bildirirdi: "Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaqinkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli isdifadə etməkdən ibarətdir".

Geosiyasi çəkişmələrdə artıq obyekt yox, subyekt kimi çıxış edən, Avratlantik məkana fəal inteqrasiya kursu seçən Azərbaycan xarici siyasət kursunu müəyyənləşdirərkən malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu ki, bu da son nəticədə təkcə ölkəmizin Qərbə yox, eyni zamanda, Qərbin Azərbaycana yaxınlaşmasını şərtləndirdi. Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi əhəmiyyətli və olduqca vacib geostrateji məkanda yerləşən Azərbaycan artıq dünyaya fərqli prizmadan təqdim olunmağa başlandı. Həyata keçirilən balanslı diplomatiya Azərbaycanın regionda fövqəlgüc mərkəzləri tərəfindən reallaşdırılan proseslərdə obyekt yox, subyekt olması ilə nəticələndi. Milli maraqların qorunması fonunda ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, formalaşan münasibətlərdə ölkəmizin bərabərhüquqlu tərəfdaşa çevrilməsi xarici siyasətin əsas cizgiləri sırasında yer alırdı.

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyev özündən əvvəl hakimiyyətdə olan qüvvələrin xarici siyasətdə yol verdikləri kobud səhvlərin aradan qaldırılması istiqamətində də ciddi addımlar atdı. Qonşu dövlətlər olan Rusiya və İranla münasibətlər normallaşdırıldı, ölkənin təhlükəsizlik problemi, onun təmin edilməsi yolları və vasitələri, qlobalyerli təhlükəsizlik maraqlarının məharətlə uzlaşdırılması təmin edildi, geostratejigeoiqtisadi üstünlüklərdən ölkənin milli maraqları çərçivəsində bəhrələnmək xarici siyasətin strateji vəzifələrindən birinə çevrildi. Ölkə daxilində sarsılmaz sabitliyin əsası qoyulduqdan sonra xarici siyasət sahəsində atılan mühüm addımlardan biri Ermənistanla gedən müharibədə atəşkəsə nail olunması oldu. 1994-cü ilin mayında bununla bağlı əldə edilən razılaşma  yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli şərait yaradılmasında müstəsna əhəmiyyətə malik idi. Bu fonda Heydər Əliyev ölkəmiz əleyhinə  beynəlxalq aləmdə yaradılmış fikir cəbhəsini darmadağın edərək əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırırılmasına və beləliklə, Azərbaycan ətrafındakı informasiya blokadasının yarılmasına da nail oldu.

Bununla yanaşı, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizi üzərində böyük ticarət yollarının kəsişməsində yerləşməsi ölkənin enerjiinfrastruktur mərkəzinə çevrilməsində mühüm rol oynadı. Artıq xarici siyasətdə Azərbaycanın  coğrafi yerləşməsi kimi üstünlükdən istifadə edilməsi prosesinə başlandı. Eyni zamanda, ölkənin zəngin təbii sərvətlərə malik olması Azərbaycanın çiçəklənməsinə və xalqın rifahına xidmət etdi. Bu fakt respublikanın milli təhlükəsizliyinin, siyasi müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində mühüm amil kimi çıxış etməyə başladı. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəqli strategiyası Azərbaycanın xarici siyasətinin təməl daşında yer alan mühüm elementlərdən birinə çevrildi.

Ulu öndər ölkə daxilində də düşünülmüş siyasət yürütməklə bütün vətəndaşların, milli, sosial təbəqələrin, siyasi, ictimai və digər resursların Azərbaycanın müstəqil dövlətçiliyi və ərazi bütövlüyünün qorunması ətrafında səfərbər edilməsinə nail oldu. Eyni zamanda, bütün xarici siyasət resurslarından, diplomatiksiyasi imkanlardan istifadə etməklə Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, erməni separatçıları və Ermənistan qoşunlarının ölkənin ərazilərini işğal etməsinin qarşısının alınması, bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması, əleyhdarların bitərəfləşdirilməsi istiqamətində konrkret addımlar atıldı.

Artıq illüziyalardan xilas olaraq, realpraqmatik məzmun kəsb etməyə başlayan xarici siyasət dövlət müstəqilliyinin möhkəmləndirilməsi və onun təhlükəsizliyinin təmin edilməsi kimi vəzifələrin həllində də mühüm rol oynamağa başladı. Xarici siyasətin hüquqi əsasının yaradılması istiqamətində mühüm işlər görüldübu kontekstdə Heydər Əliyevin müəllifi olduğu Konstitusiya xüsusi qeyd olunmalıdır. Belə ki, Azərbaycanın müstəqil bir ölkə olaraq həyata keçirdiyi xarici siyasətin məqsəd  və prinsipləri, əsas xüsusiyyətləri baş qanunda öz əksini tapdı. Konstitusiyanın 10-cu maddəsində göstərilir ki, Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur. Dövlət başçısı Konstitusiya tələblərindən çıxış edərək hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət prioritetlərini müəyyənləşdirir, onun həyata keçirilməsini təmin edir. Qanunvericiliklə yanaşı, xarici siyasət sferasında digər mühüm müstəvilərdə praktiki olaraq Azərbaycanın nüfuzunun artmasına, mövqelərinin güclənməsinə xidmət edən addımlar atılırdı.

Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlandı və ölkəmiz bu sistemdə özünəməxsus mövqelər qazanan müstəqil tərəflərdən biridir.

 

Beynəlxalq təşkilatlarla çoxtərəfli əməkdaşlıq

 

Birmənalı şəkildə qəbul olunan həqiqətdir ki, Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması və prioritet vəzifələrin müəyyənləşməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xarici siyasət sahəsində Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatların diqqət mərkəzinə çatdırılmasına və problemin çözümünə dünyanın diqqətinin artırılmasına da hər zaman mühüm önəm verirbu məsələni beynəlxalq təşkilatlar səviyyəsində qaldırırdı. Bu fonda ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası, işğalçıların Azərbaycan torpaqlarından çıxarılması kimi önəmli məsələ BMT səviyyəsində daha çox diqqət mərkəzinə gətirilməyə başlandı. Həmçinin BMT-nin bütün dünya ölkələrini bir araya gətirmək, sivilizasiyalar və millətlər arasında dialoq qurmaq və hər bir xalqın milli və mədəni ənənələrinə hörmətlə yanaşmaq məramını əldə rəhbər tutan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin, Ermənistan silahlı birləşmələrinin müstəqil Azərbaycan dövlətinə təcavüz edərək ərazilərini zor gücünə tutmasının yolverilməzliyini daha ciddi şəkildə bu təşkilatın qarşısında qaldırılmasına nail oldu. Ölkəmiz BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına da xüsusi diqqət yetirirdi.

1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etdi. Bu qətnamələrdən  hər biri Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul olundu. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələblərini irəli sürür. Təəssüf ki, məlum qətnamələr indiyə kimi yerinə yetirilməyib.

Bununla yanaşı, 1996-cı ildən başlayaraq BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir. Ümumiyyətlə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan BMT-nin müxtəlif orqanlarında, o cümlədən Baş Assambleyanın işi çərçivəsində fəal iştirak edir. 1994-cü və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq edib. Ulu öndər 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısına qatılıb.  Burada ulu öndər çıxışında qloballaşma mövzusuna toxunmuş və qloballaşmanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusi qeyd etmişdi.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və digərlərini  qeyd etmək olar.

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olub. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü sıralarında yer alıb. Bununla yanaşı, ölkəmiz  BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Ölkəmiz  BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir. Xüsusilə də BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərib. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və sair həyata keçirir. O da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Ölkəmiz BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların vacibliyi ideyasını dəstəkləyir. İnsan hüquqları sahəsində Azərbaycan və BMT arasında sıx əməkdaşlıq mövcuddur.

Beynəlxalq təşkilatlar sırasında Azərbaycan Avropa İttifaqı ilə də sıx əməkdaşlıq edir. Ölkəmizlə  Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixdə qüvvəyə minib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasıdır. TƏS-ə əsasən, Azərbaycanla Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılıb.

Ölkəmizi Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım sayılır. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasiiqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olub. Ümumiyyətlə, AQS ölkəmiz üçün aşağıdakı imkanlar yaradıb: siyasi, iqtisadiinzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahibolma imkanı; vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberallaşdırma proseslərində iştirak; Aİ üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s. Həmçinin AQS tərəfdaş ölkələr, o cümlədən Azərbaycan Respublikası üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Aİ proqramlarında daha çox iştiraktexniki yardım imkanları təqdim edib. Bu kontekstdə, xüsusilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi (TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi proqramlar qeyd oluna bilər.

AQS-in mərkəzi elementi isə Aİ ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış və ölkə üzrə bir sıra qısa və ortamüddətli prioritetlərin əks olunduğu Fəaliyyət Planlarıdır. Ölkəmizlə Avropa İttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı il tarixdə Brüsseldə AR-Aİ Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilib. Bununla yanaşı, Azərbaycan və  Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq geniş vüsət alıb. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" Azərbaycan  və Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb. Bu Memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Aİ Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub.  Bu müddət ərzində Aİ ilə münasibətlər "MDB ölkələrinə texniki yardım" (TACIS), "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA), "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE), "Humanitar yardım" (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib. 1 yanvar 2007-ci il tarixdən etibarən TACİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunub. Digər bir sıra mühüm proqramlarla yanaşı, Azərbaycan  Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsündə də fəal iştirak edir.

Azərbaycanın 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan Helsinki Yekun Aktına, Paris Xartiyasına və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindəki roluna görə ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edirbu sahəyə seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xətti ilə həyata keçirilən layihələr və digərləri daxildir.

 

(ardı var)



Azərbaycan.- 2011.-12 oktyabr.- S. 5.