Avstriya Respublikasının Federal
Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfəri
Rəsmi qarşılanma mərasimi
Oktyabrın
12-də Azərbaycan Respublikasında rəsmi səfərdə
olan Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin
rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər
iki ölkənin dövlət bayraqlarının
dalğalandığı meydanda ali qonağın şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri
qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə
raport verdi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı
Mehriban Əliyeva Avstriya Respublikasının Federal Prezidenti
Haynts Fişeri və xanımı Margit Fişeri səmimiyyətlə
qarşıladılar.
Fəxri
qarovul dəstəsinin rəisi Avstriya Respublikasının
Federal Prezidentinə raport verdi.
Avstriyanın
və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət
başçıları fəxri qarovul dəstəsinin
qarşısından keçdilər.
Avstriya
Respublikasının Prezidenti Azərbaycan əsgərlərini
salamladı.
Azərbaycanın
dövlət və hökumət nümayəndələri
Prezident Haynts Fişerə, Avstriya nümayəndə heyətinin
üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri
qarovul dəstəsi hərbi marşın sədaları
altında dövlət başçılarının
qarşısından keçdi.
Prezidentlər
və xanımları rəsmi foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2011.- 13 oktyabr.-
S. 1.