Ali qonağın şərəfinə
Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Avstriyanın Federal Prezidenti Haynts Fişerin və xanımı Margit Fişerin şərəfinə rəsmi ziyafət verilmişdir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev Avstriyanın dövlət başçısının Azərbaycana ilk səfərinin tarixi xarakter daşıdığını və ölkələrimiz arasındakı münasibətlərin səviyyəsini əks etdirdiyini dedi. Dövlətimizin başçısı bildirdi ki, bu səfər münasibətlərin inkişaf perspektivlərini müəyyən etməyə imkan verəcəkdir.
"Biz Avstriyaya Avropa İttifaqı ilə Azərbaycan arasında inteqrasiya prosesinə verdiyi dəstəyə görə minnətdarıq", - deyən dövlətimizin başçısı danışıqlar zamanı enerji təhlükəsizliyi və enerji siyasətinin də müzakirə edildiyini diqqətə çatdırdı.
"Biz müzakirə etdiyimiz bütün məsələlər ətrafında qarşılıqlı anlaşma əldə etdik", - deyən Prezident İlham ƏLİYEV Avstriya-Azərbaycan biznes-forumunun əhəmiyyətindən də danışdı və bu forumun iqtisadi əməkdaşlığa töhfə verəcəyini vurğulayaraq dedi:
- Avstriya şirkətləri bir neçə ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. İnfrastruktur, inşaat, mədəniyyət, yenidənqurma, bərpa və digər sahələrlə bağlı çox mühüm layihələr həyata keçirilir. Əminəm ki, Sizin səfəriniz nəticəsində bu siyahı daha da genişlənəcəkdir.
Buraya gəlməzdən əvvəl biz cənab Prezidentlə birlikdə Bakının mərkəzində dahi bəstəkar və dünyanın böyük şəxsiyyəti Motsartın möhtəşəm abidəsinin və gözəl parkın açılışında iştirak etdik. Bu, dahi Motsartın xatirəsinə ehtiramımızın əlamətidir. Eyni zamanda, açılış mərasimində dediyim kimi, bu, Azərbaycanda Avstriyanın bir parçası olacaqdır.
Cənab Prezident, mən çox şadam ki, bu qısa səfər çərçivəsində nələri edə bildiksə, onların güclü əsasları vardır. Bunlar münasibətlərimizin gələcək inkişafına öz təsirini göstərəcəkdir.
Prezident İlham
Əliyev Avstriya-Azərbaycan dostluğunun
bundan sonra da möhkəmlənəcəyinə əminliyini
ifadə etdi.
Avstriyanın Federal Prezidenti Haynts FİŞER çıxış
edərək dedi:
- Cənab Prezident, xanım Əliyeva!
Zati-aliləri, hörmətli Baş
nazir, spiker, hörmətli qonaqlar!
Bu, həqiqətdir ki,
çox maraqlı və olduqca məhsuldar səfər artıq sona çatır. Bu, çox
təqdirəlayiq bir səfər idi. Bu, mənim səmimi
arzumdur və cənab Prezident, Sizə minnətdarlıq etmək istərdim.
Haynts Fişer danışıqlar
zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin, enerji
məsələsinin, mədəniyyət
sahəsində əlaqələrin
müzakirə olunduğunu
dedi. Dahi bəstəkar Motsartın
Bakıda abidəsinin
ucaldılmasına görə
minnətdarlığını bildirən Avstriyanın dövlət başçısı
qeyd etdi ki, bu, ölkələrimiz
arasında formalaşan
münasibətlərin bir
rəmzidir.
Haynts Fişer
göstərilən qonaqpərvərliyə
görə bir daha minnətdarlığını
bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 13 oktyabr.-
S. 4.