Şəhidlərin xatirəsinə ehtiram
Azərbaycanda rəsmi səfərdə olan
Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer
oktyabrın 12-də ölkəmizin azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizədə
canlarından keçən qəhrəman Vətən
övladlarının uyuduğu Şəhidlər
xiyabanını ziyarət etmişdir.
Burada
ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Avstriya
Respublikasının Prezidenti Haynts Fişer "Əbədi məşəl"
abidəsinin önünə əklil qoydu.
Müdafiə
Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında
Avstriyanın və Azərbaycanın dövlət himnləri
səsləndi.
Sonra
Avstriya dövlətinin başçısı Bakının ən
hündür nöqtəsindən Azərbaycan
paytaxtının mənzərəsini seyr etdi. AIi qonağa
paytaxtımızda görülən abadlıq-quruculuq işləri
barədə məlumat verildi.
AzərTAc
Azərbaycan.- 2011.- 13 oktyabr.-
S. 5.