Səfər başa çatdı

 

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin Azərbaycana rəsmi səfəri oktyabrın 12-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avstriya Prezidenti Haynts Fişeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S., 6.