Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçirilmişdir

 

Oktyabrın 12-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes-forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirə kənd təsərrüfatı, qida sənayesi, tikinti, konsaltinq, informasiya-kommunikasiya texnologiyaları, maliyyə, yüngül sənaye, metallurgiya, alternativ enerji, kimya sənayesi, səhiyyə və digər sektorlarda fəaliyyət göstərən Azərbaycan tərəfdən 200-dən çox, Avstriya tərəfindən isə 45 şirkəti təmsil edən 64 adamı qatılmışdır.

Biznes-forumu açan iqtisadi inkişaf naziri Şahin Mustafayev hər iki ölkənin prezidentləri arasında qarşılıqlı etimada söykənən münasibətlərin Azərbaycan və Avstriya arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını demişdir. Bildirmişdir ki, Azərbaycan və Avstriya prezidentlərinin bugünkü biznes-forumda iştirakı tədbirin əhəmiyyətini daha da artırır, adamlarımız arasında işgüzar əlaqələrin yaradılmasına möhkəm zəmin yaradır. Ölkələrimiz arasında iqtisadi əlaqələrin sağlam qanunvericilik bazasının yaradıldığını diqqətə çatdıran nazir indiyədək 20-yə yaxın sənədin, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması və s. sənədlərin imzalandığını qeyd etmişdir. 1998-ci ildə yaradılan hökumətlərarası komissiya əlaqələrimizin inkişafına töhfə verir.

Cari ildə artıq ikinci biznes-forumun təşkil olunduğunu diqqətə çatdıran Ş.Mustafayev son on ildə Azərbaycanda inşaat, ticarət, marketinq araşdırmaları sahələrində 40-dan çox Avstriya şirkətinin fəaliyyət göstərdiyini vurğulamışdır. O, Şahdağ Qış-Yay Olimpiya Kompleksinin, Xalça Muzeyinin və digər turizminfrastruktur layihələrinin reallaşdırılmasında Avstriya şirkətlərinin fəal iştirakını qeyd etmişdir.

Azərbaycan iqtisadiyyatı haqqında məlumat verən nazir Ş.Mustafayev 2004-2010-cu illərdə ÜDM-in üç, qeyri-neft sektorunun iki, xarici ticarət dövriyyəsinin 5,4, strateji valyuta ehtiyatlarının 18,4 dəfə artdığını, yoxsulluğun səviyyəsinin 5 dəfə azaldığını demişdir. Azərbaycan iqtisadiyyatına indiyədək 40 milyard dollar investisiya qoyulmuşdur ki, bunun yarıdan çoxu xarici sərmayədir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcları 8 dəfə üstələyir. Ötən il Azərbaycan qlobal rəqabətlilik indeksində MDB ölkələri arasında birinci, 142 ölkə arasında isə 55-ci olmuşdur. "Forbes" jurnalının bu yaxınlarda dərc etdiyi biznes üçün ən əlverişli ölkələr sırasında Azərbaycan MDB ölkələri arasında birinci yeri tutur.

Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını vurğulayan Ş.Mustafayev müstəqilliyimizin bərpasından sonra iqtisadiyyatımıza 100 milyard dollar həcmində sərmayə qoyulduğunu, qeyri-neft sektoruna düşən investisiyaların həcminin 57 faiz təşkil etdiyini demişdir.

Nazir Ş.Mustafayev Avstriya adamlarını qeyri-neft sektoruna, xüsusilə informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, alternativ enerji, ekologiya, tikintis. sahələrə investisiya yatırmağa dəvət etmişdir. Azərbaycan müəssisələri keyfiyyətli, rəqabətədavamlı məhsullar istehsal etməklə Avropa bazarlarına çıxış imkanı qazana bilərlər. Bugünkü biznes-forum isə bunun üçün yaxşı imkanlar yaradacaqdır.

Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı təbriklərini çatdıran Avstriyanın iqtisadiyyat naziri Reinhold Mitterlehner bu müddət ərzində iki ölkə arasında iqtisadiyyat sahəsində uğurlu əməkdaşlığın olduğunu bildirmişdir. O, ölkəsinin əlverişli biznes mühitindən danışmış, Avropa İttifaqı ölkələri arasında ən aşağı işsizlik səviyyəsinə sahib olduqlarını bildirmişdir.

Azərbaycan bizim üçün regionda uğurlu tərəfdaşdır, - deyən nazir bir çox Avstriya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərdiklərini bildirmişdir.

Azərbaycan ilə infrastruktur, şəhərsalma, memarlıq, bərpa olunan enerji, səhiyyə sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayan nazir ölkəsində bu sahədə ixtisaslaşmış şirkətlərin fəaliyyət göstərdiyini demişdir. Bunun üçün kifayət qədər hüquqi çərçivənin yaradıldığını bildirən nazir Azərbaycan şirkətlərinin də Avstriyada uğurla fəaliyyət göstərdiklərini qeyd etmişdir.

Avstriya və Azərbaycan prezidentləri arasında xoş münasibətlərin olduğunu deyən R.Mitterlehner bunun iki ölkənin adamları üçün uğurlu şərait yaratdığını vurğulamışdır.

Çıxışlardan sonra "Qarşılıqlı əməkdaşlıq haqqında anlaşma Memorandumu" və iki ölkənin bəzi şirkətləri arasında müqavilələr imzalanmışdır.

İmzalanma mərasimindən sonra AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın investisiyaixrac imkanları, rəhbərlik etdiyi fondun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat vermişdir. Ölkəmizdə möhkəm siyasi və maliyyə sabitliyinin yaradıldığını diqqətə çatdıran A.Məmmədov bu il Azərbaycan iqtisadiyyatına 17,3 milyard dollar, o cümlədən neft sektoruna 5,2, qeyri-neft sektoruna isə 12,1 milyard dollar sərmayə yatırıldığını bildirmişdir.

Avstriyanın Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Kristof Matznetter, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev və Avstriyanın Federal İqtisadiyyat Palatasının Xarici Ticarət Departamentinin direktoru Valter Koren təmsil etdikləri qurumların fəaliyyəti barədə təqdimatlarla çıxış etmişlər.

Sonda biznes-foruma qatılan Azərbaycan və Avstriya şirkətləri arasında ikitərəfli görüşlər keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S.  6.