Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ATİB-in nümayəndə heyəti ilə örüşmüşdür

 

 Türkiyənin IX Prezidenti, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) fəxri üzvü Süleyman Dəmirəl Azərbaycana səfəri çərçivəsində ATİB-in nümayəndə heyəti ilə görüşmüşdür.

Süleyman Dəmirəl bildirmişdir ki, Bakı şəhəri müsbət mənada çox dəyişmişdir. Bu dəyişiklik təkcə Bakıda deyil, ölkənin bütün regionlarında baş verir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümündə bu cür inkişafı görməkdən çox şadam. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin də ruhunun şad olduğuna əminəm.

Süleyman Dəmirəl vurğulamışdır ki, Azərbaycanın inkişafında Türkiyə adamlarının da özünəməxsus rolu olmuşdur. Onlar qardaş ölkə Azərbaycana yalnız sərmayə deyil, həmçinin müasir texnologiyalarinsan resursları gətirmişlər. İndi isə artıq Azərbaycan Türkiyəyə sərmayə ixrac edən ölkəyə çevrilmişdir.

ATİB-in fəxri sədri Əhməd Erentok bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən adamlarına, o cümlədən Türkiyədən olan adamlarına verdikləri dəstək, göstərdikləri qayğı və diqqət ölkəmizin iqtisadi inkişafında mühüm rol oynamışdır. Bundan sonra da azərbaycanlı həmkarlarımız, qardaşlarımızla birlikdə ölkələrimizin inkişafı üçün çalışmaqda davam edəcəyik.

Görüşdə Süleyman Dəmirələ ATİB-in fəaliyyəti, həyata keçirdiyi layihələr barədə də məlumat verilmişdir.

Sonda Süleyman Dəmirəl tövsiyə və məsləhətlərini verərək ATİB-in fəaliyyətinə uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2011.- 13 oktyabr.- S.  6.